Axta­rışda olan 449 nəfər sərhəddə saxlanılıb

Axta­rışda olan 449 nəfər sərhəddə saxlanılıb
12:00 – 13 İyul, 2016
Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin iyun ayı ərzində dövlət sərhədini pozduqlarına görə 28 halda 39 nəfər saxlanılıb.

DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların 21 nəfəri Azərbaycan, 3 nə­fəri Nigeriya, 3 nəfəri Özbəkistan, 3 nəfəri Qvineya, 2 nəfəri İran, 2 nəfəri Kamerun, hər ölkədən bir nəfər olmaqla Pakistan, Ukrayna, Tacikistan, Qırğızıstan, Kot-Divuar vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 5 nəfər, Xəzər dənizində 22 halda 31 nəfər, Sərhəd Nəzarəti Məntəqələrində 612 halda 889 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 449 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 3 kiloqram 855 qram narkotik maddə aşkar edilərək götürülüb.

İyun ayının 7-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda bir ədəd bağlamada 2 kiloqram həşiş, 1 kiloqram heroin, 100 həb "Mudraxs", 380 həb "Metadon-40", 90 həb "Travmadol-100" və 2400 manat Azərbaycan valyutası aşkar edilərək götürülüb.

İyun ayının 20-də qabaqlayıcı əməliyyat məlumatına əsasən Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə sərhəd gözətçi kateri tərəfindən buylara baxış keçirilərkən iki bağlamada 476 qram həşiş, 112 qram heroin aşkar olunub.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində 67 halda ümumi dəyəri təq­ribən 142 745 manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, pnevmatik tapança üçün 30 ədəd 9 mm-lik patron, 42 ədəd 5,6 mm-lik patron, 5 ədəd 16 mm-lik patron, 15 ədəd alışdırıcı, 1560 ABŞ dolları, 2562 manat Azərbaycan valyutası, 950 Avropa ölkələrinin valyutası, 24003 qutu siqaret, 12 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqa­mətində tədbirlər davam etdirilir.
  •  

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами