Səfər Əbiyev Polşa prezidenti ilə görüşüb

Səfər Əbiyev prezidentlə görüşüb
 18.04.2013, 18:52
Polşada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Polşa Prezidenti Bronislav Komorovski ilə görüşü olub. Görüşdə nazir Səfər Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Polşa Prezidentinə çatdırıb. 


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Əbiyev bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini yaradan səbəblər barədə Komorovskiyə ətraflı məlumat verib. 

Həmçinin nazir qeyd edib ki, 20 ilə yaxındır ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilmək istəmir, indiyə qədər BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilməmiş qalır.
Görüşdə Azərbaycan-Polşa əlaqələrinə dair geniş fikir mübadiləsi aparılıb. 

Sonra Əbiyevin Polşanın milli müdafiə naziri Tomas Siemoniakla əvvəlcə təkbətək, daha sonra geniş tərkibli görüşü olub. 

Görüşdən öncə Azərbaycan müdafiə nazirinin təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səsləndirilib. Nazirlər Azərbaycan-Polşa münasibətləri, eləcə də hər iki ölkə arasında hərbi əlaqələrin inkişaf perspektivi barədə fikir mübadiləsi aparıblar. Görüşdə hərbi-texniki və hərbi-təhsil əlaqələrinə də toxunulub. 

Həm Polşa Prezidenti, həm də milli müdafiə naziri Azərbaycanı mühüm əhəmiyyət kəsb edən tərəfdaş ölkə hesab etdiklərini bildiriblər. 

General-polkovnik Səfər Əbiyevin Polşanın hərbi-texniki və modernləşmə sahəsi ilə məşğul olan "Bumar" korporasiyasında da görüşləri olub. 

Eyni zamanda, nazir Polşadakı naməlum əsgər abidəsinin önünə əklil qoyub.
Modern.az


Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами