Orduda məvaciblərin artırılması gözlənilir

Orduda məvaciblərin artırılması gözlənilir

doktrina
  • 0

2014-cü ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin məvaciblərinin 20-30 faiz artırılması gözlənilir. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hökumətdəki mənbələrdən məlumat verilib. “Doktrina” JHAM-ın Facebook səhifəsində dərc olunan məlumatda qeyd olunub ki, məvaciblərin artırılması orduda korrupsiya və rüşvətxorluğun səviyyəsinin azaldılması ilə bağlı Müdafiə Nazirliyinin yeni rəhbərliyinin planlaşdırdığı addımlarla bağlıdır. Nazirliyə yaxın mənbələr güman edir ki, zabitlərin, gizirlərin və müddətdən artıq hərbi xidmət qulluqçularının məvaciblərinin artırılması onların rüşvət almaqdan çəkindirəcək. Eyni zamanda əsas səbəblərdən biri 2014-cü ildə kommunal xərclərin və yanacağın qiymətinin arıtılacağıdır.
Qeyd edək ki, hazırda Azərbaycan zabitinin (leytenant) məvacibi 400 manatdan başlayır. Bu məbləğ onun sosial təminatını ödəyəcək qədər deyil.
“Doktrina” JHAM-ın Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/pages/Doctrine-Journalists-Military-Research-Center/133490353398942?ref=hl

  • 0

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами