Əbiyevə qarşı böyük ittihamlar…
- Получить ссылку
- X
- Электронная почта
- Другие приложения
ANALITIKA, MANŞET, MOD
Əbiyevə qarşı böyük ittihamlar…
- 0
Noyabrın 22-də Səfər Əbiyevin vəzifədən çıxarılmasının bir
ayı tamam oldu. “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi müəyyən səbəblərə əsasən Əbiyev Səfər Axundbala oğlunu Silahlı Qüvvələrimizə və ordu quruculuğu işinə məqsədyönlü şəkildə ziyan vurulmasında, bununla da dövlətə və dövlətçiliyimizə, xalqımıza və millətimizə qarşı cinayət əməllərinin törədilməsində ittiham edib.

Milaz.info həmin bəyanatın tam mətnini oxuculara təqdim edir.
B Ə Y A N A T
Biz, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi olaraq, sabiq Müdafiə naziri ehtiyatda olan general-polkovnik Əbiyev Səfər Axundbala oğlunu aşağıdakı məsələlərə görə təqsirkar hesab etdiyimizi və ona qarşı ictimai ittiham irəli sürdüyümüzü bəyan edirik:
- Atəşkəs dövründə ölkəmizin müdafiə qüdrətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi, Silahlı Qüvvələrin döyüş və əməliyyat hazırlığının möhkəmləndirilməsi sahəsində itirilmiş imkanlara görə;
- Ordunun özününküləşdirilməsinə və ya özgəninkiləşdirilməsi (xalqdan uzaqlaşdırılması) məqsədlərinə xidmət edən cəhdlərə görə;
- Dövlət tərəfindən orduya ayrılan büdcə pullarının xərcəlnməsindən və Silahlı Qüvvələrdə həyata keçirilən islahatlardan adekvat nəticələr əldə edilməməsinə görə;
- Orduda baş verən korrupsiya (o cümlədən hərbi büdcənin istifadəsi zamanı), rüşvətxorluq və məmur özbaşınalığına görə;
- Ardıcıl, davamlı və məqsədyönlü olaraq kütləvi şəkildə törədilən qanunların aliliyi və insan haqları pozuntusu hallarına görə;
- Sılahlı Qüvvələrdə qeyri-qanuni olaraq kollektiv şəkildə imzatoplama kampaniyasının keçirilməsi və digər oxşar qanunsuz hərəkətlərlə ordunun siyasiləşdirilməsinə cəhd etdiyinə görə;
- Ordu quruculuğu sahəsində mövcud olan problemlərin ölkə ictimaiyətindən, Milli Məclisdən və digər müvafiq dövlət strukturlarından gizlədilməsinə, bəzi hallarda isə ört-basdır edilməsinə görə;
- Ordu və cəmiyyət münasibətlərində, orduya Parlament və ictimai nəzarət sistemindəki çoxsaylı problemlərin mövcudluğuna görə;
- Silahlı Qüvvələrdə kollegiallığı inkar edən, sağlam məntiqə söykənən təşəbbüskarlığı və fikir müxtəlifliyini məhv edən avtoritar idarəetmə sistemi qurduğuna görə (Ordunun idarəedilməsində S.Əbiyev “Mən anadangəlmə hamıdan ağıllıyam” prinsipi üzərində qurmuşdu. Tabeçilikdə olan general və zabitlərin, elmi işçilərin və ictimaiyət nümayəndələrinin irəli sürdüyü istənilən yeniliyə qarşı qısqanc konservatizm reaksiyası mühütü fornalaşdırmışdı. Müdafiə Nazirliyində hökm sürən bu hakim vəziyyət zəncirvari şəkildə tabelikdə olan birləşmə, birlik, müəssisə və təşkilatlara da siyarət etmişdi. Büdün bunlar dövlət miqyasında nəticə olaraq – itirilən fürsətlər, gecikdirilən islahatlar, çoxsaylı insan itgiləri deməkdir);
- İndiyədək hərbi qanunvericilik aktlarının əsas bazasının Sovet standartları üzərində saxlanılmasına və Azərbaycan Silahlı Qüvvələrinin döyüş nizamnamələrinin hazırlanmamasına görə (Bəs görəsən müharibə şəraitində olan ölkənin Müdafiə Naziri 19 il ərzində nə ilə məşğul olub ki, döyüş nizamnamələri hazırlamağa və qanunvericilik aktlarını müasir standartlara uyğun təkmilləşdirmyə vaxt tapmayıb?);
- Ordunu, hərbi peşəni nüfuzdan salan qanunsuz hərəkətlərinə görə (Hərbi peşənin bu gün ən populyar olmayan peşələr siyahısında olması birbaşa onun əməllərinin nəticəsidir);
- Peşəkar kadrların möqsədyönlü şəkildə sıradan çıxarılması ilə nəticələnən kadr siyasətinə görə (O xeyli sayda akademik təhsilli, böyük hərbi təcrübəsi, həyat bilgisi, yüksək intellektual bilik və bacarığı olan zabitlərimizi layiq olduqları vəzifələrdən, alın təri ilə tutduqları mövqelərdən sıxışdırıb çıxarıb, onları daim mənəvi və psixoloji təzyiq altında saxlayıb, onlara bilik və bacarıqlarını orduda tətbiq etməyə, gənclərə öyrətməyə imkan vermirdi. O oxşar əqidədaşlarını, öz “standartlarına” uyğun olan qeyri-peşəkarları layiq olmadıqları yüksəkliklərə qaldırır, onları söz və nüfuz sahibi edirdi);
- Şəxsi ədavət, qərəzli mövqe, vəzifə səlahiyyətindən sui-istifadə, qeyri-qanuni göstərişlərin verilməsi və sair bu kimi ədalətsizliklərə məruz qalma ucbatından cinayət məsuliyyətinə cəlb olunma, rütbə və vəzifələri əlindən alınma yolu ilə zabitlərin mənəvi terrora məruz qalması hallarına görə;
- Atəşkəs dövründə verdiyimiz itkilərdən əlavə, minlərlə hərbi qulluqçunun, o cümlədən minlərlə zabit və gizirin cinayətkara çevrilməsinə və həbsxanalara düşməsinə şərait yaradan avtoritar idarəetmə sistemi qurduğuna görə (Yüzlərlə 10 il, 15 il, 20 il, bəzən də daha çox, hərbi xidmət keçmiş mayorlar, polkovnik-leytenantlar, polkovniklər canlarını bu dözülməz vəziyyətdən qurtarmaq üçün “öz arzuları ilə” Ordu sıralarından “xidməti uyğunsuzluq” maddəsilə tərxis olunmağa can atırdılar. İndiyədək “öz istəklərinə” nail olan belə zabit və gizirlərin sayı isə son 19 il ərzində bütün dünya ordularının rekordlarını ötüb . Hərbi büdcə ilə bərabər şəxsi heyət arasında artan itgilərimiz, “cinayətkarlarımız” və “xidmətə uyğunsuzlarımız” inkarolunmaz bir faktdır);
- 27 yanvar 2013-cü il tarixindən (həmin tarixdə o yaşa görə ehtiyata çıxmalı idi) 22 oktyabr 2013-cü il tarixədək – 9 ay ərzində Müdafiə naziri postunu saxta yolla əlində saxladığına görə;
- Müdafiə naziri vəzifəsini tutduğu 18 il 9 ay ərzində minlərlə əsgər, çavuş, gizir və zabitlərimizin ordu sıralarında xidmət zamanı dünyasını dəyişməsi (həlak olma, ölmə), itgin düşməsi, əsir və ya girov götürülməsi, əlil olması, xəsarət və kontuziya alması, bütün bu hərbi qulluqçuların ailə üzvlərinin və qohum-əqrabasının müxtəlif fiziki, mənəvi, psixoloji və s. əzab-əziyyətlərə düçar olması ilə nəticələnən hərəkətlərin (hərəkətsizliklərin) törədilməsinə görə;
- Müdafiə naziri vəzifəsini tutduğu 18 il 9 ay ərzində minlərlə əsgər, çavuş, gizir və zabitlərimizin ordu sıralarında xidmət zamanı dünyasını dəyişməsi (həlak olma, ölmə), itgin düşməsi, əsir və ya girov götürülməsi, əlil olması, xəsarət və kontuziya almasına görə aparılan araşdırmalar zamanı günahsız yerə müxtəlif cəza tədbirlərinə məruz qalan, cinayət məsuliyyətinə cəlb olunan komandir və rəislərin, onların ailə üzvlərinin və qohum-əqrabasının müxtəlif fiziki, mənəvi, psixoloji və s. əzab-əziyyətlərə düçar olması ilə nəticələnən hərəkətlərin (hərəkətsizliklərin) törədilməsinə görə;
- Bu qədər insan həyatı itgisi, əlillər, yaralananlar və xəsarət alanlar, uğursuzluqlar və problemər müqabilində Müdafiə Nazirliyində nəzarətsizlik, süni alternativsizlik durumu, cəzasızlıq və özünə arxayınçılıq mühütü formalaşdırdığına görə (O bütün bu illər boyu özünün əvəzediməzliyi haqda fikir və mifləri öz əlaltıları vasitəsilə ictimai rəyə də sırımağa cəhd edirdi. Sadəcə mətbuatda gedən bəzi ifadələri xatırlatmaq kifayətdir – “islahatçı”, “müasir düşüncəli”, “NATO tərəfdarı”, “ABŞ-ın adamı”, “Türkiyənin adamı”, “İsrail-Azərbaycan əlaqələrində əsas aparıcı fiqur” və s.);
- Uğursuzluqla nəticələnən çavuş sisteminin tətbiq edilməsinə görə (3 aya hazırlanan və yaxın gələcəkdə özü üçün heç bir inkişaf perspektivi görməyən qeyri-peşəkar çavuşdan müsbət nə gözləmək olar? Bu sistem xeyli ağır fəsadlaın törətdilməsi ilə nəticələnib. Nizam-intizam məsələlərində, ordunun əsas sütun rolunu oynamalı olan çavuş heyətinin yarıtmaz fəaliyyəti, bu amilin hərbi hissələrdə törədilən cinayətlərin artmasındakı yeri və rolu şübhəsizdir. Belə ki, 3 aylıq kurslardan sonra, müddətdən artıq hərbi xidmətdə saxlanılmış çavuş heyəti əsgərə, sadəcə olaraq, ancaq gəlir mənbəyi kimi baxır. 100-150 balla hərbi məktəblərə qəbul edilən gənclərdən hazırlanmış kiçik zabit heyəti isə bu çavuşlarla işləməkdə çətinlik çəkir);
- İndiyədək keçirilən seçkilərin heç birində hərbi qulluqçulara azad seçim etmək üçün qanununun tələblərinə uyğun olaraq müvafiq şərait yaradılmadığına və orduda baş verən seçki saxtakarlıqlarına görə;
- Döyüş bölgəsində xidmət edən hərbi qulluqçulara 3 qat əmək haqqının 2 qat əmək haqqı ilə əvəzlənməsi barədə 1998-ci ildə qanuna və Konstitusiyaya zidd əmr imzaladığına görə (Nəticədə bu qanunsuz əmrin qüvvədə olduğu 7 il 2 ay ərzində minlərlə hərbçiyə və onların ailə üzvlərinə xeyli miqdarda maddi ziyan vurulub. İmzaladığı əmrin Konstitusiyaya və qanuna zidd olduğunu bilə-bilə əmri ləğv edib qanunun tələbinə uyğunlaşdırmaq əvəzinə, S.Əbiyev tutduğu vəzifədən sui-istifadə edərək 7 il 2 aydan sonra isə qanunun müdəasının öz əmrinin tələbinə uyğunlaşdırmasına nail olmuşdur);
- Hərbi xidmət dövründə istifadə edilməyən məzuniyyətlər əvəzinə pul kompensasiyalarının ödənilməsi barədə 2012-ci ildə qanuna zidd əmr imzaladığına görə (Bu əmr həm də Konstitusiyanın tələblərinə ziddir və vətəndaşların bərabərlik hüququnu pozur);
- Hərbi xidmət dövründə istifadə edilməyən məzuniyyətlər əvəzinə hərbi qulliqçulara pul kompensasiyalarının ödənilməsinə uzun illər ərzində qərəzli şəkildə maneçilik törətdiyinə görə;
- Hərbi xidmət dövründə istifadə edilməyən əşya əmlakı əvəzinə pul kompensasiyalarının ödənilməsi barədə Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş yüzlərlə məhkəmə qətnaməsini gec icra etdiyinə görə (Bu qətnamələrin icrası 7-8 il gecikdirilmişdir);
- Hərbi xidmət dövründə istifadə edilməyən əşya əmlakı əvəzinə hərbi qulliqçulara pul kompensasiyalarının ödənilməsinə uzun illər ərzində qərəzli şəkildə maneçilik törətdiyinə görə;
- Azərbaycan Respublikası adından çıxarılmış və hal-hazırda qanuni qüvvədə olan 20-dən çox məhkəmə qətnaməsinin Müdafiə nazirliyi tərəfindən icra edilməməsinə görə (Məhkəmə qətnamələrinin icra edilməməsini və ya onların icrasının uzadılmasını dövlətə, dövlətçiliyimizə və milli təhlükəsizliyimizə təxribat kimi dəyərləndiririk. Bu təxribat nəticəsində xeyrinə qətnamə çıxarılmış vətəndaşların dövlətə inamı qırılır, insanların bir qismində ruh düşgünlüyü, mübarizliyin zəifləməsi, digər qismində isə dövlətə qarşı ikrah hissi, aqressivlik yaranır);
- Ordu generallarının (Baş Qərargah rəisinin, nazir müavinlərinin, korpus komandirlərinin, tabeliyində hərbi hissə olan idarə rəislərinin) zabit və gizirlərin yerdəyişməsinə, onlara növbəti rütbə verilməsinə dair qanunla nəzərdə tutulmuş səlayihətlərini məhdudlaşdırdığına, bəzən isə o məhdudlaşdırılmış səlayihətlərin də bəzi generalların əlindən alınmasına dair qanuna zidd şifahi göstərişlər verdiyinə görə (Generallardan yalnız Naxçıvan korpusunun komandiri qanunla nəzərdə tutulmuş bu səlayihətlərdən tam şəkildə istifadə edə bilirdi. Bu faktın özü də korpus komandirləri və digər generallar arasında qısqanclıq, qeyri-sağlam rəqabət və münasibətlərin formalaşmasına səbəb olurdu);
- Qqanunların aliliyi prinsipini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının qanunla nəzərdə tutulmuş səlayihətlərinə müdaxilə edərək ştat kateqoriyası “general” rütbəsinə uyğun olan vəzifələrə öz əmrləri ilə təyinat verdiyinə və dünyanın heç bir ölkəsində görünməyən özbaşınalığa yol verərək Ali Baş Komandanının səlayihətlərini mənimsəyərək generalları bir vəzifədən başqa bir vəzifəyə keçirdiyinə, bəzən də generalı ştat kateqoriyası “polkovnik-leytenant” rütbəsinə bərabər olan vəzifəyə təyin etdiyinə görə (Səfər Əbiyevin bu hərəkətlərini Azərbaycan Silahlı Qüvvələrinin generallarını qəsdən aşağılamaq, onların qüruruna toxunmaq, şərəf və ləyaqətlərini alçaltmaq cəhdi kimi dəyərləndiririk);
- Azərbaycan Respublikasının Hərbi Akademiyasına qəbul qaydalarının kobud şəkildə pozduğuna görə (Azərbaycan Respublikasının Hərbi Akademiyasına qəbul zamanı müsabiqədə iştirak edən zabitlər müvafiq qaydada imtahan verir. İmtahanın nətəcələri şəxsən nazirə təqdim olunur. Lakin S.Əbiyevin verdiyi qanunsuz sərəncama əsasən imtahanın nəticələri hətta müsabiqədə iştirak edən zabitlər üçün açıqlanmırdı, yəni kimin nə qədər bal topladığı, hansı nəticələr göstərdiyi iştirakçı zabitlərdən gizli saxlanılırdı. Həmin siyahıdan akademiyaya qəbul olanları S.Əbiyev şəxsən özü təyin edirdi. Bununla da zabitlərin həm ədalətli yolla təhsil almaq hüququ, həm də ölkənin ən ali hərbi təhsil müəssisəsinə qəbul zamanı aşkarlıq, rəqabətlilik, sağlam yarış prinsipləri pozulurdu);
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 10-cu maddəsinin 5-ci bəndinin tələblərinə müvafiq olaraq zabit və gizirlərə ərzaq əvəzinə verilən pul kompensasiyasının istehlak səbətinin dəyərinə uyğun olmasını təmin etmədiyinə görə;
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinin 1-ci bəndinin tələblərinə müvafiq olaraq istirahət hüququndan məhrum edilmiş zabit və gizirlərə iş günləri 8 saatdan çox xidmətə cəlb olunma saatlarına görə əlavə ödənişlərin, istifadə edilməmiş bayram və istirahət günləri əvəzinə pul kompensasiyalarının ödənilməsini təmin etmədiyinə görə;
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının (o cümlədən ehtiyatda olanların) mənzil hüququnu təmin etmədiyinə görə (Hərbçilərin dövlət hesabına mənzillə təmin olunmaq hüququ 20 ildir ki, kütləvi şəkildə pozulur);
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 1-ci bəndinin tələblərinə müvafiq olaraq zabit, gizir və miçmanlara mənzil kirayəsi üçün verilən pul kompensasiyalarının miqdarının bazar qiymətlərinə uyğun olmasını təmin etmədiyinə görə (Hal-hazırda Bakı şəhərində bu məbləğ cəmi 47,00 AZN təşkil edir);
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 2-ci bəndinin tələblərinə müvafiq olaraq zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının vəzifə maaşlarının minimum məbləğinin dövlət qulluqçularının orta əmək haqqlarından çox olmasını təmin etmədiyinə görə;
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 5-ci bəndinin tələblərinə müvafiq olaraq fərdi yaşayış evi tikən hərbçilərə əvəzsiz maliyyə yardımının göstərilməsini təmin etmədiyinə görə;
- Hərbiçilərə, o cümlədən ehtiyatda olanlara qapalı hərbi şəhərciklərdən kənarda yaşadıqları mənzilləri özəlləşdirməyə maneçilik törətdiyinə görə;
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun13-cü maddəsinin 5-ci bəndinin tələblərinə müvafiq olaraq ehtiyatda və istefada olan zabit və gizirlərin tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüquqları təmin etmədiyinə görə;
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq xüsusi şəraitli yerlərdə xidmət müddətlərinin müəyyən edilməsini təmin etmədiyinə görə;
- «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa tələblərinə uyğun olaraq hərbi xidmətin çətinliklərinin hamıya bərabər şəkildə paylaşdırılması prinsiplərini təmin etmədiyinə görə;
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 21-ci maddəsinin 1-ci hissəsinin J bəndinin tələblərinə müvafiq olaraq hərbi qulluqçuların işləməyən arvadlarına öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmamasına görə minimum əmək haqqı məbləğində aylıq pul müavinətlərinin ödənilməsini təmin etmədiyinə görə;
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 21-ci maddəsinin 2-ci bəndinin tələblərinə müvafiq olaraq ailədə adambaşına gəlirləri müəyyən edilmiş dolanacaq minimumundan az olan müddətli həqiqi hərbi xidmət qulluqçularının ailələrinə maddi yardımın göstərilməsini təmin etmədiyinə görə (Hal-hazırda 1 və ya 2 övladı olmasına rəğmən hərbi xidmətdə olan əsgərlərimiz bu hüquqdan istifadə edə bilmirlər);
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 21-ci maddəsinin 3-ci bəndinin tələblərinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və hərbi tədris müəssisələrinin kursantlarının uşaqlarına ödənilən pul müavinətinin məbləğinın istehlak səbətinin dəyərinə uyğun olmasını təmin etmədiyinə görə (Hal-hazırda bu məbləğ cəmi 20,00 AZN təşkil edir);
- “Hərbi qulluqçuların statusu haqqında” qanunun 21-ci maddə-sinin 4-cü bəndinin tələblərinə müvafiq olaraq öz uşaqlarının məktəbəqədər tərbiyə müəssisələrində saxlanması haqqını ödəmək üçün hərbi qulluqçulara bazar iqtisadiyyatına uyğun miqdarada pul kompensasiyasının ödənilməsini təmin etmədiyinə görə;
- Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı Qərarının tələblərinə əsasən içməli su mənbəyindən 40 km.-dən artıq uzaqlıqda yerlışən müəssisələrin işçilərinin əmək haqqına 1,4 əmsal məbləğində, sahillə əlaqə şəraitinə görə (sahillə əlaqəsi olmadıqda və 70 km-ə qədər məsafədə yerləşdikdə) 1,65 əmsal məbləğində müəyyən edilmiş artımın hərbi qulluqçulara da şamil edilməsini təmin etmədiyinə görə (Bakı ş. Cilov qəsəbəsi (adası) və Xəzər dənizinin digər ərazilərində MN-nin tabeçiliyində xidmət edən hərbi qulluqçulara qanunla nəzərdə tutulmuş bu artım ödənilmir);
- “Alternativ xidmət haqqında” qanun qəbul olunmasının əleyhinə çıxdığına və bunula da Konstitusiyanın 76-cı maddəsinin tələblərinin yerinə yetirilməsinə maneçilik törətdiyinə görə;
- Zabit və gizirlərin ehtiyata buraxılmaq hüquqlarını qeyri-qanuni olaraq məhdudlaşdırdığına görə (O zabit və gizirlərin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 madəsinin “J” bəndinə əsasən öz arzularına görə ehtiyata buraxılmaq hüqunu tanımırdı, bu maddənin tətbiq olunması yalnız onun şəxsi istəyi ilə həyata keçirilirdi?);
- Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış bəzi zabit və gizirləri qeyri-qanuni olaraq ordu sıralarında saxladığına görə;
- Ehtiyatdan 1,5-3 il müddətinə həqiqi hərbi xidmətə çağırılmış zabitləri bu müddət başa çatdıqdan sonra qeyri-qanuni olaraq ordu sıralarında saxladığına görə;
- İnsan haqları üzrə Avropa Konvensiyasının tələblərini pozaraq zabitləri məhkəmənin qərarı olmadan həbs etdiyinə (etdirdiyinı) görə;
- 2001-ci ilədək ehtiyatda buraxılmış zabitlərə məharət dərəcələrinə görə ödənişlər verilməsinə maneçilik törətdiyinə görə;
- Ehtiyatda olanlara növbəti zabit rütbələrinin verilməsinə dair qanunun tələblərini pozduğuna görə (Nazir vəzifəsini tutduğu 18 il 9 ay ərzində S.Əbiyev faktiki olaraq ehtiyatda xidmətkeçmə anlayışını ləğv edib və səfərbərlik sistemini iflic vəziyyətə salıb);
- Silahlı Qüvvələrdən ehtiyata buraxılmış zabit və gizirlərin digər güc strukturlarında xidmət etmək üçün həqiqi hərbi xidmətə çağırılmasına qeyri-qanuni olaraq qadağa goyduğuna görə;
- Həqiqi hərbi xidmət zamanı dünyasını dəyişən (həlak olan, aldığı güllə yarası və или других xəsarət və xəstəlik nəticəsində ölən) hərbi qulluqçuların qanunla müəyyən edilmış xüsusi qaydalara uyğun dəfn olunmasını və bütün dini mərasimlərin tam şəkildə dövlət hesabına həyata keçirilməsini təmin etmədiyinə görə (Hal-hazırda dəfn üçün dövlət büdcəsindən cəmi 30 manat ödənilir. Vətəndaş cəmiyyəti tərəfindən problemin dəfələrlə qaldırılmasına baxmayaraq, belə bir qanunun qəbul edilməsi 19 il müdafiə naziri vəzifəsini tutmuş və bu illər ərzində minlərlə əsgər ölümünün şahidi olmuş S.Əbiyevin maraqlarına uyğun olmadı);
- Həqiqi hərbi xidmət zamanı həlak olan (şəhid statusu verilən) hərbi qulluqçulara görə verilən sığorta pulunun məbləğinin uzun illər ərzində 11.000 (on bir min) AZN səviyyəsində saxlanıldığına görə (Vətəndaş cəmiyyəti tərəfindən problemin dəfələrlə qaldırılmasına baxmayaraq, bu məsələ də 19 il müdafiə naziri vəzifəsini tutmuş və bu illər ərzində minlərlə əsgər ölümünün şahidi olmuş S.Əbiyevi maraqlandırmadı);
- “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Müdafiə Nazirliyi haqqında” Əsasnamənin hazırlanmamasına və təsdiq edilməməsinə görə (Belə bir Əsasnamənin mövcudluğu S.Əbiyevin maraqlarına zidd idi. Çünki, bu Əsasnamə onun avtoritar idarəetmə sisteminə əngəllər törədə bilərdi);
- Müdafiə Nazirinin MTT üzrə müavini vəzifəsini öz şəxsi maraqlarına uyğun olaraq 19 il ərzində ərzində vakant saxladığına görə (Korrupsiya maraqları səbəbindən S.Əbiyev bu vəzifənin müvəqqəti icrasını yalnız öz “yaxın” adamlarına həvalə edirdi. Kiminsə bu vəzifəyə Ali Baş Komandan tərəfindən təyin olunması onun “planları” ilə ziddiyyət təşkil edirdi. Bu vəzifəyə təyinat almaq arzusunda olan istənilən şəxs onun qəzəbinə tuş gəlirdi);
- SQ-in təşkilati ştat strukturunun NATO standartlarına keçirilməsi zamanı yüzlərlə zabitə və onların ailə üzvlərinə maddi, mənəvi və psixoloji ziyan vurulduğuna görə (Bir sıra Şərqi Avropa dövlətlərində (Məsələn, Rumıniyada) eyni islahatlar aparılarkən elə qərarlar qəbul olundu ki, zabitlərə və onların ailə üzvlərinə heç bir ziyan vurulmadı və təbii ki, orduda heç kim də islahatların həyata keçirilməsindən narazı qalmadı);
- SQ-in təşkilati ştat strukturunun NATO standartlarına keçirilməsi nəticəsində yeni yaradılmış general vəzifələrinin indiyədək vakant saxlanılmasına görə;
- İlkin və növbəti general rütbələrinin verilməsi qaydalarının NATO standartlarına uyğunlaşdırılmamasına görə (Azərbaycan Silahlı Qüvvələrində general rütbələrinin verilməsi Lenin-Stalin dövrünə aid Sovet standartlarına uyğun olaraq həyata keçirilir. Bu sistem faktiki olaraq general rütbələrinin hədiyyə kimi paylanılmasına zəmin yaradır? Özünü cəmiyyətə “NATO tərəfdarı” kimi pərçimləyən S.Əbiyev, nədənsə 19 il ərzində bu sistemin dəyişdirilməsini istəmədi. Əksinə, generalların vəzifələrə təyin olunması səlahiyyətlərinin də MN-ə verilməsi məqsədilə qanunvericilikdə dəyişiklik edilməsinə cəhdlər etdi);
- Müdafiə Nazirliyi tərəfindən keçirilən tenderlər zamanı yol verilən qanun pozuntuları, maxinasiyalar və özbaşınalıqlara görə (MN-də keçirilən tender sistemi faktiki olaraq orduda əsas korrupsiya mənbəyinə çevrilib, monopoliyalaşdırılıb. Aşkarlıq və şəffaflıq yalnız “fiksiya” xarakteri daşıyır. Bir sıra tenderlər ümumən mətbuatda dərc edilməyib. Bütün proseslırə S.Əbiyev şəxsən rəhbərlik edirdi, onun icazəsi olmadan heç kim hər hansı bir LOT-un qalibi ola bilməzdi);
- Dövlət büdcəsindən külli miqdarda pul vəsaitlərinin oğurlanıması, mənimsənilməsi və müxtəlif maliyyə maxinasiyalarının həyata keçirilməsinə şərait yaratdığına görə (Bəzi faktları xatırladaq: Heydər Əliyev dövründə sabiq Maliyyə Naziri F.Yusifovun mətbuata verdiyi açıqlamalar, RHK-nın sabiq maliyyı xidmıti rəisi R.Məmmədovun gizli şəkildə ölkəni tərk etməsi və xaricdən mətbuata verdiyi açıqlamalar, maxinasiyalara qarşı dirəniş göstərdiyinə görə MN-nin maliyyə idarəsinin sabiq rəis müavini peşəkar hərbi maliyyəçi p-k S.Qarayevin vəzifədən çıxarılıb Naxçıvana göndərilməsi və daha sonra ordudan tərxis edilməsi, S.Qarayevdən istədiyini ala bilmədiyinə görə S.Əbiyev tərəfindən N.Məmmədov adlı birisinin tam başqa bir qurumdan gətirilməsi və MN-nin maliyyə idarəsinin rəisi vəzifəsinə təyin edilməsi. N.Məmmədov MN-də maliyyə idarəsinin rəisi vəzifəsində xidmət etdi. Nazirlikdə N.Məmmədovun öz kabinetindəki seyfdən S.Əbiyevin kabineti istiqamətində qoltuq ciblərində və ya diplomatda pul daşıması barədə lətifələr dolaşırdı. N.Məmmədov uzun müddət S.Əbiyevə canla başla xidmət etdi və onun yaxın maliyyə sirdaşına çevrildi. N.Məmmədo MN-ə qəflətən gəldiyi kimi, naməlum səbəblərdən qəflətən də “guya yaşa” görə tərxis olundu və daha sonra onun səsi Gürcüstandan eşidildi. N.Məmmədovun idarə rəisi olduğu dövrdə “qanunsuz pensiya təyinatları” adı altında böyük maliyyə maxinasiyalarına görə cinayət işi açıldı və xeyli sayda maliyyə işçisi həbs olundu. N.Məmmədovdan sonra o vəzifəni S.Əbiyevin qohumu kimi qələmə verilən E.Məmmədov təyin olundu. Onun idarə rəisi olduğu zamanda isə ordu birləşmələrində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə əlaqədar olaraq cinayət işi qaldırıldı və yenə də xeyli sayda maliyyəçi zabit həbs edildi. O da bəlli faktdır ki, S.Əbiyev hər zaman Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyində maliyyə yoxlamalarının aparılmasının əlehinə çıxırdı!? Hətta onun Maliyyə Nazirliyinin işçilərinin MN-nin binasından qovulmasına dair göstəriş verdiyi də bildirilirdi. Bəs görəsən S.Əbiyevin bu mövqeyi nə ilə izah edilir?);
- İctimai rəylə hesablaşmaq istəmədiyinə, söz və mətbuat azadlığına qarşı həyata keçirdiyi qanuna zidd hərəkətlərə görə (S.Əbiyev ordu səlahiyyətliləri tərəfindən Vətəndaş Cəmiyyəti nümayəndələrinin tənqidinə dözümsüzlük göstərilməsini təşviq edir, orduda baş verən ayrı-ayrı hadisə, nöqsan və problemləri işıqlandıran KİV-ə və jurnalistlərə basqı edilməsinə göstərişlər verir, daim mətbuata və vətəndaş cəmiyyətinə, onu sadəcə tənqid edən hər bir şəxsə qarşı “səlib yürüşləri” təşkil edərək onları susmağa, əqidəsindən döndərməyə cəhd edir, onlara qarşı qara piar kampaniyaları təşkil edilməsinə dair sərəncamlar verirdi);
- Ordu mənsublarını Konstitusiyada nəzərdə tutulmayan, vəzifələrinə aid olmayan “işlərdə” istifadə edilməsinə dair göstərişlər verdiyinə görə (S.Əbiyev onun fəaliyyətini tənqid edən ayrı-ayrı şəxslərin qanunsuz olaraq izlənməsini, onların telefonlarının dinlənilməsini təşkil edir, ona dövlət tərəfindən verilmiş səlahiyyətlərdən sui-istifadə edərək həmin insanlara qarşı “kompromatlar” toplanması barədə göstərişlər verir, bəzilərinə qarşı isə hətta fiziki zorakılığın tətbiqini təşkil etməkdən də çəkinmirdi);
- Dövlət hakimiyyəti orqanlarında mütəşəkkil cinayətkarlığın və dələduzluğun “çiçəklənməsinə” şərait yaratdığına görə (Səfər Əbiyev bu işlərə tabeliyində olan xüsusi təyinatlı hərbi hisələri və “Azərbaycan Ordusu” qəzetininin əməkdaşlarını cəlb etməklə yanaşı, öz qanunsuz hərəkətlərinə (hərəkətsizliklərinə) “qanuni” don geyindirmək məqsədilə və ya bu hərəkətlərdən (hərəkətsizliklərdən) ictimai diqqəti yayındırmaq və aldatmaq məqsədilə, ona dövlət tərəfindən verilmiş səlahiyyət və imkanlardan sui-istifadə edərək Milli Məclisdə, Məhkəmə orqanlarında, Nazirlər Kabinetində, prokurorluq, milli təhlükəsizlik və daxili işlər nazirliklərinin müvafiq orqanlarında, Kənd Təsərrüfatı Nazirliyində, Ədliyyə Nazirliyində və s. dövlət qurumlarında, Milli Olimpiya Komitəsində, Milli QHT-lər Forumunda, müxtəlif televiziya və radio kanallarında, qəzet, jurnal, sayt, informasiya portalları və agentliklərdə öz adamlarını yerləşdirmək, orada çalışan bəzi insanları (deputatları, hakimləri, prokurorları, prokuror müavinlərini, prokuror köməkçilərini, müstəntiqləri, polis işçilərini, redaktorları, jurnalistləri, QHT rəhbərlərini və digər mütəxəssisləri) müxtəlif vasitələrlə ələ almaq, təsir göstərmək, insanların ülvi vətənpərvərlik duyğularından sui-istifadə edərək onları “inandırmaq”, “şirin dillə” yola gətirmək, “gözəl və aldadıcı” söz ifadələri ilə yoldan çıxartmaq və s. qeyri-qanuni və hiyləgər fitnə və əməllərlə məşğul olub. O öz yaxın əlaltıları vasitəsi ilə rüşvətlə vəzifə təyinatları həyata keçirməklə yanaşı, həm də xeyli adamdan dələduzluq məqsədilə müxtəlif pul məbləğinin alınmasına şərait yaradıb. Məsələlər ictimailəşdiriləndən sonra da iddialı şəxslərin pullarının qaytarılmamasına göz yumub).

Səfər Əbiyevin Müdafiə Naziri olduğu dövrdə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra güzəşt, imtiyaz və digər hüquqlardan tam şəkildə istifadə edilməsi üçün hərbçilərə nəinki müvafiq şərait yaradılmadı. Bəzi hallarda isə hərbi qulluqçuların təminat, təzminat almaq və digər bəzi hüquqları Müdafiə Nazirliyinin yüksək vəzifələr tutan məmurlarının öz vəzifələrini yerinə yetirməsinə soyuq münasibət bəsləmələri və ya vəzifələrindən sui-istifadə etmələri nəticəsində pozulurdu.
Səfər Əbiyevin şəxsi təşəbbüsü və его или ее sükutla müşayət olunan razılığı ilə son 5-10 ilki dövrdə güzəşt və imtiyazlar sahəsində hərbçilərin və onların ailə üzvləinin bəzi hüquqları əllərindən alınıb, bəzi hüquqları isə məhdudlaşdırılıb. Daha dəqiq desək dövlətə və xalqa hərbi təhlükəsizlik sahəsində xidmət göstərən və döyüş şəraitində olan vətəndaşların sosial hüquq-müdafiəsi sahəsində ciddi hüquq pozuntuları və geriləmələr qeydə alınıb. Faktiki Konstitusiyanın tələblərinə zidd olaraq bu insanların sosial və hüquq vəziyyətini ağırlaşdırılan qanunlar qəbul olunub və qaydalar tətbiq edilib. Qeydə alınmış bu faktlar aşağıdakılardı:
- Müharibə veteranlarının 11 (əslinə bu məbləğ 33 AZN olmalı idi) manatlıq müavinat almaq hüququ ləğv edilib;
- Zabitlər 5 il xidmət etdikdən sonra öz arzusu ilə ehtiyata buraxılması hüququna malik idilər, indi bu müddət 10 ilədək artırılıb;
- Döyüş bölgəsində xidmət edən hərbi qulluqçular 3 qat əmək haqqı alırdılar, indi bu məbləğ 2 qata endirilib;
- Pensiya hesablanarkən döyüş bölgəsində hər xidmətin hər 1 ayı güzəştli xidmət müddəti olaraq 3 ay hesablanırdı, indi bu müddət 2 aya endirilib;
- Döyüş bölgəsində xidmət edənlərə növbəti hərbi rütbələrin güzəştli müddətlərlə verilməsi qaydaları ləğv edilib;
- Pensiya almaq hüququ 20 güzəştli ildən 20 təqvim ilinə dəyişdirilib;
- 10.06.2010-cu il tarixədək tərxis olunmuş hərbçilərə hərbi xidmət dövründə istifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyası almaq hüququ ləğv edilib;
- Hərbi xidmətdə olmanın son yaş həddləri artırılıb;
- Növbəti rütbələrin verilmə müddətləri artırılıb;
- Sosial güzəşt və imtiyazlar (kommunal xidmətlər, telefon çəkilişi və s.) ləğv edilib.

Ən çox təəssüf doğuran reallıq ondan ibarətdir ki, Səfər Əbiyevin Müdafiə Naziri olduğu 18 il 9 ay ərzində torpaqlarımızm işğalının davam etməsi, bir kəndin belə işğaldan azad edilməməsilə yanaşı, insan haqları, qanunların aliliyinin təmin edilməsi, hərbi qulluqçuların sosial və hüquqi müdafiəsinin gücləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, ordunun müqavilə əsasında komplektləşdirilməsi (peşəkar orduya keçid), silahlı qüvvələr üzərində mülkü nəzarət, hərbi xidmətin nüfuzu, əmək birjasında hərbi peşənin çəkisinin artırılması, ordu və cəmiyyət arasında qarşılıqlı əlaqələr və ictimai şüurda prioritet sayılan digər bu kimi mühüm məsələlər dövlət səviyyəli islahatların predmetinə çevrilmədi , bu istiqamətlərdə hər hansı bir dövlət proqramı qəbul edilmədi.
Dövlətçiliyin möhkəmləndirilməsi, vətənpərvərlyin təbliği, gənclərin çağrışaqədərki hazırlığı, itgin və əsir düşənlərin (girov götürülınlərin) ailə üzvlərinə, şəhid ailələrinə, müharibə və Silahlı Qüvvələr veteranlara dövlət qayğısının göstərilməsi, vətəndaşların qəbulu və sair məsələlərə dair qanunvericilik aktları ilə Müdafiə Nazirliyinin üzərinə düşən digər vəzifələrin yerinə yetirilməsində mövcud oaln problemlərə görə də biz məhz Səfər Əbiyevin məsuliyyət daşıdığı qənaətindıyik.
Biz yuxarıda sadalanan və sadalanmayan bütün bu məsələləri dəfələrlə geniş şəkildə ictimailəşdirmişik, problemlərin aradan qaldırılması məqsədilə müxtəlif təkliflər və təşəbbüslərlə çıxış etmişik, bəzən isə birbaşa MN-ə yazılı müraciətlər göndərmişik. Bunun qarşılığında problemlərin aradan qaldırılmasına qüvvə və enerji sərf etməyə vaxt tapmayan S.Əbiyev vəzifəsindən sui-istifadə edərək digər yeni-yeni qanunsuz hərəkətlərə yol verib, onun fəaliyytinə tənqidi yanaşdığımıza görə bütovlükdə təşkilatımıza və ayrı-ayrı üzvlərimizə qarşı müxtəlif mənəvi, psixoloji, fiziki təziq və təsirlər göstərilməsini təşkil edib.
Biz isə, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi olaraq, öz tərəfimizdən bütün yuxarıda göstərilənlərə əsasən Əbiyev Səfər Axundbala oğlunu Silahlı Qüvvələrimizə və ordu quruculuğu işinə məqsədyönlü şəkildə ziyan vurulmasında, bununla da dövlətə və dövlətçiliyimizə, xalqımıza və millətimizə qarşı cinayət əməllərinin törədilməsində ittiham edirik!
Biz, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, yuxarıda göstərilən bütün məsələlərə görə təqsirkar hesab etdiyimizi bildirmək və ona qarşı ictimai ittiham irəli sürməklə yanaşı Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovdan ehtiyatda olan general-polkovnik Əbiyev Səfər Axundbala oğlunun Müdafiə Naziri vəzifəsini tutduğu dövrdəki fəaliyyətinin qanuna müvafiq olaraq prokuror nəzarəti qaydasında yoxlanılmasını tələb edirik!
Yaşar CƏFƏRLİ, e.o. polkovnik-leytenant
“Ehtiyatda və İstefada olan Zabitlər”
ictimai birliyinin sədri, hərbi ekspert
20 noyabr 2013-cü il
“Ehtiyatda və İstefada olan Zabitlər”
ictimai birliyinin sədri, hərbi ekspert
20 noyabr 2013-cü il
- 0
Комментарии
Отправить комментарий