“Rusiyada son zamanlar miqrantlara qarşı baş verən hadisələr bu dövlətin siyasəti deyil”
Elnur Aslanov: “Rusiyada son zamanlar miqrantlara qarşı baş verən hadisələr bu dövlətin siyasəti deyil”
Rusiyada sön günlər baş verən hadisələr narahatçılıq doğurmaya bilməz.
Gün.Az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı
şöbəsinin müdiri Elnur Aslanov son günlər Rusiyada miqrantlara qarşı baş verən hadisələri şərh edərkən deyib.
Onun qeyd etdiyinə görə, Rusiyadakı müxtəlif qruplar, xüsusilə də millətçi qruplar tərəfindən atılan qeyri-qanuni addımlar Azərbaycan hökümətinin və rəhbərliyinin diqqət mərkəzindədir.
E.Aslanov bildirib ki, Azərbaycanın rəsmi şəxsləri bu məsələ ilə bağlı öz mövqeyini bildirib.
“Ancaq çox sevindiric haldır (?) ki, Rusiyada son zamanlar miqrantlara qarşı baş verən hadisələr bu dövlətin siyasəti deyil. Rusiya rəhbərliyi, o cümlədən prezident Vladimir Putin də dəfələrlə bu məsələ ilə bağlı öz narahatçılığını bildirib.
O həttta Rusiya Dumasının ziddiyətli mövqelərdən çıxış edən nümayəndələrinə də öz etirazını bildirib”.
P.S. "çox sevindirici hal" ifadəsi başadüşülən bir şeyə oxşamır. Rusiyada ölkənin çoxsaylı xüsusi orqanlarının və polisinin gözü qabağında baş verən bu hadisələr necə ola bilər ki, Rusiya dövlətinin siyasəti olmasın? E. Aslanov insanları axmaqmı sayır? Və bu nə deməkdir? Putini müdafiə edən ruslar az idi?
Kamil Həmzəoğlu
Gün.Az
Комментарии
Отправить комментарий