6 min gənc bir araya gələrək Azərbaycan yazdı
6 min gənc bir araya gələrək Azərbaycan yazdı
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı
Kompleksi İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
6000 gənci bir araya toplayaraq "Bayraq Günü" nü qeyd etdi.
Gün.Az xəbər verir ki, "9 noyabr - Dövlət Bayragı
günü" münasibəti ilə "Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı layihə
həyata keçirilmişdir. Layihə çərçivəsində Bayraq Meydanında 6000 nəfər
gənc toplanaraq, xüsusi sifarişlə hazırlanmış papaqlı bayraq-geyimində
Azərbaycan, daha sonra isə Azərbaycan Bayrağı və ingilis dilində Flaq
Day formasını yaradaraq dövlət himnini səsləndirdilər.
Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07
iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.9-cu (Gənclərdə
dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi) və 6.2.12-ci
(Vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani
vəsaitlərin və təşviqat materiallarının hazırlanması) yarımbəndlərinin
icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.
Çəkiliş "Euronews" kanalında da işıqlandırılmışdır.
Gün.Az
Baxışların sayı: 265
Комментарии
Отправить комментарий