İşğal olunmuş Azərbaycan əraziləri ilə sərhədin mühafizəsini birtərəfli şəkildə təşkil edirik”

İşğal olunmuş Azərbaycan əraziləri ilə sərhədin mühafizəsini birtərəfli şəkildə təşkil edirik”

“İşğal olunmuş Azərbaycan əraziləri ilə sərhədin mühafizəsini birtərəfli şəkildə təşkil edirik”
 İran Sərhəd Qoşunlarının komandanı:“İşğalçılar tərəfdən sərhədin mühafizə ilə məsul olan şəxslərlə əlaqəmiz yoxdur”  
 “Səfərim Azərbaycan tərəfinin dəvəti əsasında həyata keçirilir, əsas məqsəd iki ölkə arasında sərhədin mühafizəsinin gücləndirilməsi məsələlərini müzakirə etməkdir”.
 APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İran Sərhəd Qoşunlarının komandanı, general-leytenant Hüseyn Zülfüqari deyib.
H. Zülfüqari bildirib ki, Azərbaycanda keçirdiyi təmaslardan sonra qərara alınıb ki, bu cür görüşlər ildə bir, yaxud iki dəfə təşkil olunsun.
General əlavə edib ki, görüşdə Araz çayı boyu sahil-bərkitmə işlərinin qarşılıqlı razılaşma və sərhədçilərin nəzarəti əsasında həyata keçirilməsi barədə razılıq əldə olunub.
 “Culfada yeni körpü istifadəyə verilib. Körpüdə sərhədlərin müəyyən edilməsi istiqamətində Azərbaycan tərəfi ilə işlər üç ay ərzində tamamlanacaq. İstəyirik ki, körpünün açılışı tez bir zamanda mümkün olsun”, - deyə iranlı general vurğulayıb.
Azərbaycan-İran sərhədindəki vəziyyət barədə danışan H. Zülfuqari bildirib ki, İran narkotiklərin digər ölkələrə yayılmasının qarşısını almaq üçün addımlar atır: “Ay ərzində İranda təxminən 38 ton narkotik maddə aşkar edilir. Biz narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün Pakistan və Əfqanıstanla sərhəddə də mühüm tədbirlər görürük. İslam inqilabından sonra İranda narkotiklərlə mübarizə zamanı 4 mindən çox insan həlak olub. Azərbaycan sərhədində də bu cür hallar olur. Bəzən hər iki ölkənin vətəndaşları bir-biri ilə əlbir olurlar. Amma gördüyümüz tədbirlər nəticəsində Azərbaycana az miqdarda narkotik maddə daxil olur. Biz sərhəd pozucuları, qaçaqmalçılarla ciddi mübarizə aparırıq. Narkotik maddə qaçaqmalçılığının qarşısının alınması üçün lazımi addımları atmasaq, region ölkələrinin necə faciə ilə üz-üzə qalacağı göz qabağındadır”.
Xəzər dənizi ilə bağlı vəziyyətdən danışan H. Zülfuqari deyib ki, hər ölkə öz sərhədlərini qorunmaq üçün tədbirlər görür: “İran da dəniz sərhədlərinin qorunması üçün tədbirlər görür. Amma İran digər ölkələrdən heç bir təhdid görmür. İstəyirik ki, Xəzər sülh və əmin-amanlıq dənizi olsun. Kənar ölkələrin Xəzərdə mövcudluğu regionda təhlükə yarada bilər”.
İşğal altında olan Dağlıq Qarabağ və Azərbaycanın digər əraziləri ilə sərhədin qorunmasının təşkili və həmin ərazidən narkotik qaçaqmalçılığı üçün istifadə edilməsi barədə suala cavab olaraq iranlı general bildirib ki, işğalçılar tərəfdən sərhədin mühafizə ilə məsul olan şəxslərlə əlaqələri yoxdur: “Biz sərhədin mühafizəsini birtərəfli şəkildə təşkil edirik. Bununla belə, ola bilsin ki, İran ərazisindən həmin ərazilərə müəyyən miqdarda narkotik maddələri daxil olur”.

Комментарии

  1. İran Sərhəd Qoşunlarının komandanı, general-leytenant Hüseyn Zülfüqari ilə müsahibədə işğal olunmuş ərazilərimizdəki dövlət sərhədinin İran tərəfindən birtərəfli qaydada mühafizəsi və bununla əlaqədar işğalçıarla əlaqə saxlanmaması barədə komandanın bəyanatı xeyli əhəmiyyətlidir və bizm sərhədçilərimiz bu bəyanatdan irəli gələn bir vacib məsələləri gündəmə gətirməli və bunda əməli istifadə etməlidirlər. Qarşılıqlı tədbirlər planı və zəruri müqavilələr imzalamalıdırlar. Mətbuatımızda və qonşu həmsərhəd ölkələrdə Azərbaycan ərazisindən narkotrafikin fəallığı barədə ara-sıra yazılar yazılır. Cənab Zülfuqari də bunu qismən təsdiq edərək deyir ki, "...ola bilsin ki, İran ərazisindən həmin ərazilərə müəyyən miqdarda narkotik maddələri daxil olur”. Bu bəyanat, əlbəttə ki, iranlı sərhədçiləri ilə sərhədboyu əlaqələri möhkəmləndirməyi labüdləşdirir. Bundan istifadə etmək ölkəmizin yalnız xeyrinədir. Fərahim

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами