AKP-nin qurucuları arasında İran agentləri çıxdı
AKP-nin qurucuları İran agentləri çıxdı
17/09/2013 Oxunub: 54 14:29
Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan iki qadının İran kəşfiyyatı ilə əlaqədə olduğu müəyyənləşdirilib.APA-nın xəbərinə görə, bu sensasiyalı iddianı Türkiyədə nəşr olunan “Türkiye” qəzeti ortaya atıb.
Qəzet yazıb ki, təxminən 8 ay əvvəl Türkiyə Nazirlər Kabineti (başbakanlık) yanında Xaricdəki Türklər və Əqrəba Topluluqlar Başqanlığının otaqlarında “böcək” adlandırılan dinləmə cihazları aşkarlanıb. Bu barədə dərhal Ankara Əmniyyət İdarəsinə (polis) xəbər verilib. Hadisə yerində təhqiqat aparan polislər aktiv durumda olan “böcək”lərin siqnallarını alan qurğunu aşkarlamaq üçün hərəkətə keçiblər.
Aparılan araşdırmalar zamanı cihazları otaqlara yerləşdirənlər şəxslərin kimliyi ortaya çıxarılıb. Bu şəxslərin 2001-ci il avqustun 14-də AKP-nin qurulmasında yer alan və hazırda da AKP daxilində siyasi fəaliyyətlə məşğul olan 2 qadın olduğu müəyyənləşib. Polis bu qadınları izləməyə başlayıb və onların başqa bir hökumət idarəsinə və AKP-yə yaxın önəmli bir fiqurun villasına da “böcək” yerləşdirdikləri məlum olub. Ankara Cümhuriyyət Prokurorluğu fakt üzrə cinayət işi qaldırıb və qadınların keçmişinin və əlaqədə olduqları şəxslərin aşkara çıxarılması üçün hüquq-mühafizə orqanlarına təlimat verib. Qadınların istifadəsində olan cib telefonları nömrələri ilə bağlı araşdırma aparılıb və bu nömrələrin bir iranlının adına qeydiyyatda olduğu üzə çıxıb. Qadınların həmin şəxslə uzun müddət əlaqə saxladıqları və zaman-zaman görüşdükləri müəyyən edilib. Onların Ərdoğan hökumətinin nazirlərindən birini də dinləməyə cəhd göstərdikləri məlum olub.
Prokurorluq və polis bu faktlar əsasında AKP-nin fəaliyyətinin İran agentləri tərəfindən ciddi şəkildə izləndiyi qənaətinə gəlib.Yazıda qadınların və onların əlaqədə olduğu İran kəşfiyyatının nümayəndəsinin taleyi haqda məlumat verilməyib.

Комментарии
Отправить комментарий