Azərbaycanda dini zəmində münaqişə olmayıb


“Azərbaycanda dini zəmində münaqişə olmayıb”
Azərbaycanda indiyədək dini zəmində münaqişə olmayıb.
Avropa.infoxəbər verir ki, bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri Adil Axmetov, Endryu Beyker və xanım Ketrin Makginnes və ATƏT-in tolerantlılıq departamnetinin rəhbəri xanım Azra Yunuzoviç ilə görüşündə deyib.
B.Muradova Azərbaycanda dözümlülüyün yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, bu günlərdə ATƏT PA-nın Tiranada keçirilmiş payız sessiyasında multikulturalizm, dini dözümlülük, islamofobiya, mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi məsələləri müzakirə olunub. Vitse-spiker qeyd edib ki, Azərbaycan nümayəndə heyəti ATƏT dəyərlərinin müzakirəsində və dünyada yayılmasında fəal iştirak edir.
Bildirilib ki, Bakıda keçirilən mötəbər tədbirlərdə iştirak edən beynəlxalq təşkilatların nümayəndələri, siyasətçilər Azərbaycandakı dözümlülüyü, bütün dini təriqətlərin, icmaların nümayəndələrinə yaradılmış şəraiti yüksək qiymətləndirirlər. “Azərbaycandakı müxtəlif dinlərin və xalqların nümayəndələri əsrlər boyu heç bir ayrı-seçkilik olmadan bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamış və bu gün də yaşayırlar. Əhalisinin 95 faizini müsəlmanlar, 4 faizini xristianlar və qalan hissəsini digər dinlərin nümayəndələrinin təşkil etdiyi Azərbaycanda milliyyətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinə təminat verən mütərəqqi hüquqi baza və müvafiq təsisatlar vardır. Azərbaycan parlamenti bu mühüm ənənənin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün çalışır”,-deyə o bildirib.
B.Muradovanın sözlərinə görə, ölkəmizdə heç zaman dini zəmində münaqişə olmasa da, əfsuslar olsun ki, bu gün bəzi dairələr və siyasətçilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirmək istəyirlər. “Əslində isə bu, dini, etnik münaqişə deyildir. Bu münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası əsasında başlamışdır və tarixən də belə olmuşdur”,-deyə o vurğulayıb.
Görüşdə iştirak edən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Rus icmasının sədri, xristian dininin nümayəndəsi Mixail Zabelin, yəhudi icmasının nümayəndəsi Yevda Abramov, ləzgilər adından Azər Badamov çıxış edərək ölkəmizdə ayrı-ayrı xalqlara, dini icmalara yaradılmış yüksək şərait barədə qonaqlara ətraflı məlumat veriblər. Qeyd olunub ki, dünyanın heç bir ölkəsində dini icmalar üçün dövlət tərəfindən məscid, kilsə, sinoqoq tikilmədiyi halda, Azərbaycanda dövlət vəsaiti hesabına Avropa yəhudiləri və dağ yəhudiləri üçün sinoqoqlar tilkilib istifadəyə verilmiş, kilsə bərpa olunub, yenidən qurulub. 
ATƏT sədrinin şəxsi nümayəndəsi Adil Axmetov öz missiyaları barədə məlumat verərək bildirib ki, səfərin məqsədi ayrı-seçkiliyə yol verilməməsi, müxtəlif dinlər arasında münasibətlər və s. məsələlərə dair vəziyyəti öyrənməkdir. Nümayəndə heyəti Bakıdan Ermənistana gedəcək və səfərin yekunlarına dair hazırlayacağı hesabatı ATƏT-in Daimi Şurasına təqdim edəcək.
ATƏT-in nümayəndələri Endryu Beyker və Ketrin Makginnes ölkəmizdə olduqları zaman apardıqları müşahidələrin, keçirdikləri görüşlərin Azərbaycanda millətlərin dinc və sabitlik şəraitində yaşadıqlarını, milli azlıqlar və dini icmalar arasında qarşılıqlı hörmət və etimadın olduğunu söyləməyə əsas verdiyini vurğulayıblar.   
Qonaqlar Azərbaycanda dövlət orqanlarında müxtəlif millətlərin təmsil olunduğunu yüksək qiymətləndiriblər. Qeyd olunub ki, dözümlülüyün Azərbaycan modeli dünya ölkələr üçün nümunədir və bu təcrübə hər yerdə təbliğ olunmalıdır.  
B.Hüseyn

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами