Hamburqda islam rəsmi din elan edilib


Hamburqda islam rəsmi din elan edilib

Hamburqda islam rəsmi din elan edilib




























Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir X.Murtuzayeva/
Almanyanın Hamburq vilayətində islamın rəsmi din elan edilməsi ilə bağlı tarixi qərar qəbul edilib. Beş ildir müzakirə olunan qanun sentyabr ayında qüvvəyə minəcək. Müsəlmanların Ramazan və Qurban bayramları və Aşura Günü daxil olmaqla dini bayramları bundan sonra rəsmi tətil olacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti xəbər verir.
Həmin qanunla məscid inşası və cənazə dəfni hüquqları zəmanət altına alınır. Müqavilənin gətirdiyi ən əhəmiyyətli dəyişikliklərdən biri də təhsil sahəsindədir. Dövlət məktəblərində islam dərslərinin keçirilməsi barədə müsəlman təşkilatlarının hüququ tanınır. Buna uyğun olaraq dövlət imtahanından keçən müəllimlər məktəblərdə dini dərs verə biləcəklər. İslam dərslərinin tədrisi üçün tərəflər arasında əvvəlcə 5 illik sınaq müddəti haqqında razılıq əldə olunub.
Hamburqda yaşayan 180 min müsəlmanı təmsil edən təşkilatlar isə müqavilə ilə konstitusiya üzrə əsas dəyərlərin və gender bərabərliyinin qorunmasını, milliyyətinə, cinsinə, etiqad seçimi və siyasi baxışlarına görə ayrı-seçkiliyə yol verilməməsini qəbul edir.
Xatırladaq ki, Hamburqda katolik kilsəsi və Alman yevangelist kilsəsi ilə dövlət müqaviləsi 2005-ci ildə, yəhudi icması ilə isə 2007-ci ildə imzalanmışdı.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
URL: http://az.trend.az/news/interestingly/2056727.html

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами