Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq???

Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilən hərbçilərdən ibarət mütəşəkkil dəstə üzvlərinin apellyasiya şikayəti təmin olunmayıb

               Font ölçüsü :   a   |   A


17 Oktyabr 2011 15:37 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilən hərbçilərdən ibarət mütəşəkkil dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə apellyasiya şikayətinin təmin olunmaması barədə qərar çıxarılıb. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməyib.

Qeyd edək ki, Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçulahttp://az.apa.az/xeber_Ermenistan_xususi_xidmet_orqanlari__238133.htmlrı - Musa Haqverdiyev 10 il 6 ay, Elvin Qasımov 12 il, Vasif Məmmədov 11 il, Elşən Süleymanov 11 il, Elvin Həsənov 10 il 4 ay müddətinə azadlıqdan məhrum edildilər. Digər təqsirləndirilən şəxslər - Rasim Əliyev və Məhəmməd Abdullayev 500 manat cərimə olunublar.

İttiham aktına əsasən, onlar hərbi xidmətdə olarkən erməni xüsusi xidmət orqanı əməkdaşlarına hərbi hissə və Azərbaycan ordusu barədə mütəmadi məlumatlar verib, hərbi hissədən silah-sursat da oğurlayıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 338.1-cü (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma), 177.2.1, 177.2.2-ci (oğurluq) maddələri ilə ittiham ediliblər.
 




http://az.apa.az/xeber_Ermenistan_xususi_xidmet_orqanlari__238133.html

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами