Dövlət Sərhəd Xidmətində



   

Ana səhifə > Xəbər > Hadisə

Dövlət Sərhəd Xidmətində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

              Font ölçüsü :   a   |   A


17 Oktyabr 2011 15:28 ]


Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətində (DSX) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən DSX-nin rəisi, general-leytenant Elçin Quliyev bildirib ki, demokratik, hüquqi və müstəqil dövlətin qurulması Azərbaycan xalqının nailiyyətidir. DSX rəisi 1991-ci il oktyabrın 18-də müstəqilliyini təkrar elan edən Azərbaycanın 23 ay mövcud olmuş xalq cümhuriyyətinin varisi olduğunu açıqlayıb.
DSX rəisi qeyd edib ki, Heydər Əliyevin sayəsində Azərbaycan beynəlxalq aləmdə öz yerini tutmağa nail olub. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişafı başlayıb.
Bu gün Silahlı Qüvvələrin, o cümlədən sərhəd mühafizəsinin peşəkarlıq və döyüş qabiliyyətinin yüksəldiyini deyən E. Quliyevin sözlərinə görə, artıq sərhəd təhlükəsizliyi sahəsində Azərbaycan böyük təcrübə əldə edib, ötən il Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası başa çatdırılıb və müstəqil Azərbaycan tarixinin ilk sərhəd müqaviləsi imzalanıb.

“Ümid edirik ki, ərazi bütövlüyünün təmin olunması istiqamətində danışıqlar nəticə verəcək. Azərbaycan bayrağı dövlət sərhədlərimizdə əbədi dalğalanacaq», - deyə E. Quliyev əlavə edib.

Tədbirin sonunda xidmətində fərqlənmiş DSX hərbi qulluqçuları medalla təltif olunub.




FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами