BIZIM QALAKTIKAMIZ (AĞ YOL, SÜD YOLU)


QALAKTİKANIN AĞ YOLU





Süd Yolu, Ağ Yol, Kəhkəşan kimi də adlandırılan Bizim Qalaktika Günəş sisteminin də daxil olduğu qalaktikadır



23-02-2011

http://www.faktxeber.com/29584_qalakt304kanin-a286-yolu-.html















Qalaktika - vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduz sistemidir. Tipik qalaktikada on milyondan bir trilyona qədər ulduz olur. Süd Yolu, Ağ Yol, Kəhkəşan kimi də adlandırılan Bizim Qalaktika Günəş sisteminin də daxil olduğu qalaktikadır. Buludsuz gecələrdə görünür. Süd Yolunun ayrı-ayrı hissələrində onun forması, eni və parlaqlığı müxtəlifdir.



Süd Yolu kainatdakı təxminən 350 milyard qalaktikadan yalnız biridir. 350 milyard qalaktika… Bir nəfəsdə deyilən bu rəqəm haqqında düşünməyə çalışın. Əgər hər saniyə bir qalaktika sayacaq olsanız hamısını saymanız təxminən 10 min il davam edəcək. Bundan başqa, 10 min illik dövrün içində bir saniyədə sayacağınız qalaktikamızın içindəki ulduz sayı orta hesabla 250 milyarddır. Günəş isə bunlardan sadəcə biridir.







Qalaktikadakı bütün ulduzlar -Dünyanın Günəş ətrafında hərəkəti kimi- qalaktikanın mərkəzi ətrafında dönür. Bu mərkəz ətrafında dönən təxminən 250 milyard ulduzun hər birinin orbiti fərqlidir. Günəş və əlbəttə onunla birlikdə biz də bu mərkəz ətrafında daimi dönürük. Günəş bu mərkəz ətrafındakı bir tam dövrünü təxminən 230 milyon il ərzində bitirir.



Qeyd bedək ki, qalaktikamıza təxminən 150-200 milyarda yaxın ulduz daxildir. Bütün bu sistem vahid bir kütlə mərkəzi ətrafında birləşərək bizim Qalaktikanı yaradır.











Комментарии

  1. OXUYUN VƏ DÜŞÜNÜN!GÖRÜN Kİ,ONLARIN HAMISINA FƏRDİ ORBİTLƏR MÜƏYYƏNLƏŞDİRİB,ONLARI FASİLƏSİZ İDARƏ EDƏN HANSI FÖVQƏLQÜDRƏT, ƏZƏMƏT VƏ ALİ İDRAK SAHİBİDİR!!! O - ALLAHDIR! HƏR ŞEYİ YARADANDIR! XALİQDİR! SONSUZ MƏRHƏMƏT VƏ ŞƏFQƏT SAHİBİDİR!

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами