Kaliforniyada Amerika ordusunun gizli əməliyyatlarında istifadə edilmək üçün kameralı robot "ağcaqanad quşu" hazırlanıb



HƏRBİ ƏMƏLİYYATLARDA "AĞACAQANAD CASUSLAR"


Kaliforniyada Amerika ordusunun gizli əməliyyatlarında istifadə edilmək üçün kameralı robot "ağcaqanad quşu" hazırlanıb


18-02-2011

http://www.youtube.com/watch?v=96WePgcg37I&feature=player_embedded#t=0s





FaktXeber.com-un verdiyi məlumata görə, ABŞın Kaliforniya ştatında bir firma, Amerika ordusunun gizli əməliyyatlarında istifadə edilmək üüçün kameralı robot "ağcaqanad quşu" hazırlayıb. "Nano Hummingbird" adlı robot, Monrovia şəhərindəki AeroVironment (AV) şirkəti tərəfindən Pentaqona bağlı Amerikan Müdafiə və Araşdırma Agentliyi (DARPA) üçün hazırlanıb.
AV, ordunun xidmətində istifadə olunacaq casus quşun ən son prototipini nümayiş etdirib. Qanadlar arasındakı məsafə 16,5 santimetr olan 19 qram ağırlığındakı Nano Hummingbird, həqiqi ağcaqanad quşlarına baxılaraq dizayn edilib. Uzaqdan əmrlə idarə olunan robot, uçuş sadəcə iki qanaddan istifadə edir. Saatda təxminən 8 kilometr sürətlə uça bilən Nano Hummingbird, hər cür bağlı və ya açıq mühitdə uça bilir. Gözlərindəki yüksək dəqiqlikli kamera, gecəgörmə xüsusiyyətinə də malikdir. Operator, önündəki ekran vasitəsiylə quşu idarə edə bilir. Bir uçuş zamanı təxminən 18 kilometr gedib-gələ bilən casus quş, bu müddət ərzində yaddaşına görüntüləri qeyd edə bilir.
AV-dan verilən açıqlamada, "Bu "təyyarə", bir gün şəhər mühitlərində də yeni kəşf və müşahidələr aparmaq imkanlarını təmin edə bilər" - deyə qeyd olunur.
Proyektin xərci haqqında isə məlumat verilməyib.
ABŞ ordusu üçün pilotsuz hava texnikaları hazırlayan AV firması, Paul MacCready tərəfindən 1971-ci ildə yaradılıb. MacCready uzaqdan idarə olunan uçan texnikalar üçün liderliyi əlində saxlayan Gossamer Condor (1977) və Gossamer Albatrossun (1979) istehsalçısı olaraq tanınır.
Xatırladaq ki, Yaponiyada da 2009-cu ildə robot ağcaqanad quşu hazırlanmışdı. Chiba Universitetindəki alimlər tərəfindən, zəlzələlərdə dağıntı altında qalanların tapılması üçün hazırlanan robot, ağcaqanad quşu ilə eyni ölçülərdə və ağırlıqda idi.

Babək Xaliqoğlu

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами