Nostradamusun Qarabağ öngörüsü

Nostradamusun Qarabağ öngörüsü: kim qalib gələcək?

Siyasət 09-11-2017 11:42
Nostradamusun Qarabağ öngörüsü: kim qalib gələcək?
10
Saçları qısa qırxılmışları (yumrubaşları) silahdan məhrum edəcəklər.

Bu, münaqişənin müddətini xeyli uzadacaq.

İçki Atası (içki düşkünü) ildırımsürətli albanlara qarşı kələk işlədəcək.

Özününkülərdən ayrı düşənlər məhv olacaqlar.

Axar.az xəbər verir ki, Nostradamus 500 il əvvəl Qarabağ savaşını belə təsvir edib. Doğrudur, indiyə qədər bəzi araşdırmaçılar Nostradamusun bu öncəgörməsində Albaniya adını Balkan yarımadasında yerləşən Albaniya dövlətinə bağlamağa çalışırlar. Əslində isə məsələ tam başqadır.

Nostradamusşünas Bordo Kiqo öz qeydlərində Nostradamusun bu öngörüsünə münasibət bildirərək, əslində, Albaniyanın Qafqazda yerləşdiyini bildirir:
"Albaniya deyəndə nədənsə insanlar Balkanları göz önünə gətirirlər. Bu təsəvvür düz deyil. Əslində, qədim tarix də, Nostradamus da buna işarə edir ki, Albaniya Qafqaz və İran arasında, indi Azərbaycan kimi tanınan ərazidir”.

Digər tədqiqatçı Con Houq isə Nostradamusun bu ifadələrini daha dəqiq analiz edərək, burada söhbətin Qarabağ savaşında getdiyini bildirir:

"Qədim Albaniya Zaqafqaziya regionudur. Bu kəhanət XX əsrin 90-cı illərində baş verən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edir. 1993-cü ilin aprel-iyun aylarında erməni ordu hissələri özünün həlledici qələbəsini əldə edərək Dağlıq Qarabağı Azərbaycandan ayırdı. 90-cı illərin ortalarında Azərbaycan-Ermənistan münaqişəsi səngidi”.

Maraqlıdır, bəs Nostradamus daha dəqiq nəyi nəzərdə tutub?

Nostradamusun yazdığı öngörünün birinci sətrində "Saçları qısa qırxılmışları (yumrubaşları) silahdan məhrum edəcəklər” deyir. Bu sətrin yozumu azərbaycanlıların münaqişənin başlanğıcında silahdan məhrum edilməsi ilə bağlıdır. Əslində məhz Qarabağ savaşının ilk illərində ruslar müxtəlif vasitələrlə azərbaycanlıların silah əldə etməsinə kifayət qədər maneə yaratmışdılar. Əhalinin əlindəki ov tüfəngləri belə onlardan alındı. Məhz bu və üstəlik nizamlı ordunun olmaması azərbaycanlıların bu savaşda ilk günlərdən böyük itkilər verməsi ilə nəticələndi.

Ən maraqlı məqam isə öngörünün üçüncü sətrindəki "İçki Atası (içki düşkünü) ildırımsürətli albanlara qarşı kələk işlədəcək” ifadəsidir. Professor Qəzənfər Paşayevin iddialarına görə, Nostradamus burada Rusiya Prezidenti Boris Yeltsinə işarə edir. Əslində, hakimiyyətdə olduğu müddət ərzində Yeltsinin içkiyə düşkünü olması heç kimə sirr deyil.

Belə ki, Qarabağ savaşının ilk illərində böyük uğursuzluqlara məruz qalan Azərbaycan sonradan öz qüvvəsini toparlamağı bacarır. 1994-cü ildə ölkə genişmiqyaslı Horadiz əməliyyatına başlayır. İlk günlərdən böyük uğur əldə edən Azərbaycan ordusu erməniləri bir xeyli geriyə çəkilməyə məcbur edir. Bundan sonra Yeltsin Azərbaycan rəhbərliyinə müraciət edir və münaqişəni qan tökmədən həll edəcəyinə söz verir. Sonradan atəşkəs razılaşması imzalansa da, münaqişə həll edilməmiş qaldı.

Öngörünün dördüncü sətrindəki "özününkülərdən ayrı düşənlər məhv olacaqlar” ifadəsi isə əsir düşmüş azərbaycanlılara aid edilir. İndiyə qədər Qarabağ savaşında əsir düşmüş azərbaycanlılar barədə səhih məlumat almaq mümkün olmur. Bəzi ekspertlər onların bir çoxundan ermənilərin orqan ticarətində istifadə etdiyini, digər qisminin isə Ermənistandakı karxanalarda işlədildiyini qeyd edirlər. Əsir düşən qadınların hətta zorla fahişəliyə cəlb edildiyini iddia edənlər də az deyil.

Digər maraqlı hissə isə 2-ci sətirdəki "bu, münaqişənin müddətini xeyli uzadacaq” ifadəsidir. Qəzənfər Paşayev məhz bu sətrin Azərbaycanın Qarabağ savaşında qələbəsinə üstüörtülü işarə olduğunu bildirir.

www.anews.az 

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами