Ukrayna böhranı xəritələrdə

Ukrayna böhranı xəritələrdə
Son yeniləmə: 6 mart, 2014 - 11:09 GMT
·         Facebook
·         Twitter
·         Google+
·         Paylaşın
·         Dostunuza göndərin
·         Çap versiyası
Ukraynada böhranın mərkəzi Kiyevdən Krıma köçüb.
Ukrayna Rusiyanı Krım yarmadasına silahlı müdaxilə etməkdə, Sevastopol aeroportunu ələ keçirməkdə ittiham edir.
Mövzular
·         Bölgə, 
·         Siyasət, 
·         Münaqişələr
Krımın Simferopol aeroportu da Rusiyapərəst olduğu zənn edilən silahlı şəxslər tərəfindən tutulub.
Kiyev
Krım Ukrayna və Rusiya üçün strateji əhəmiyyətə malikdir
Rusiyapərəst qüvvələr Krımı Rusiyadan ayıran boğazlara çıxan Kerç bərə limanını ələ keçiriblər. Boğazların Rusiya sahilində zirehli texnikanın cəmləşdiyi bildirilir.
Strateji əhəmiyyət
Əksəriyyəti rusdilli oilan Krım bölgəsi həm Rusiya, həm də Ukrayna üçün strateji əhəmiyyət daşıyır.
Rusiya Qara Dəniz donanması tarixən Sevastopolda yerləşib.
Ukrayna müstəqillik qazanandan sonra Sevastopol Rusiyaya icarəyə verilib.
4 il əvvəl icarə müqaviləsi 2042-ci ilədək uzadıldı. Əvəzində Rusiya Ukraynaya qazın qiymətində endirim etdi.
Böhranın tarixçəsi
Böhran 2013-cü ilin noyabr ayında prezident Yanukoviç Aİ ilə yaxınlaşma sənədini imzalamaqdan imtina etdikdən sonra başladı. Əvəzində hökümət Rusiya ilə daha sıx əlaqələr qurmağa çalışdı.
Avrointeqraqsiya tərəfdarları prezident Yanukoviçin istefasını və erkən seçkilərin keçirilməsini tələb etdilər.
Kiyevin mərkəzi rolu
Kiyev
Etirazlar Kiyevdən başladı
Paytaxt Kiyevin Müstəqillik Meydanı 3 ay ərzində etirazların baş verdiyi mərkəzi meydana çevrildi.
Etirazlar dinc olsa da, vaxtaşırı baş verən zorakı hadisələr nəticəsində yüzlərlə adam yaralandı, 80-dən çox adam həlak oldu.
Zorakılıq zirvə həddinə çatanda Ukrayna parlamenti prezident Yanukoviçə impiçment elan etdi. Yanukoviç Kiyevi tərk edərək Rusiyaya gəldi.
Ukrayna böhranı gedişində ölkədə parçalanma əlamətləri üzə çıxdı.
Ölkənin şərgində rus dili geniş yayılıb, Krım yarmadasında əsas ünsiyyət dili sayılır.
Ölkənin qərb hissəsində isə əsas dil Ukrayna dilidir, əhalinin əksəriyyəti özünü Mərkəzi Avropalı sayır.
Ukrayna
Ukranyanın qərb hissəsilə şərq hissəsi arasında fərq.
Bu tendensiya özünü seçki nəticələrində də göstərir. 2010-cü il seçkilərində rusdilli regionlar Viktor Yanukoviçə səs vermişdi.
Aİ və Rusiya
Aİ və Rusiya
Ukrayna həm Aİ həm Rusiya ilə iqtisadi əlaqələrə malikdir.
Rusiya qaz kəmərləri Avropaya Ukrayna üzərindən keçir. 2006-cı ildə Rusiyanın qısa müddətə qazın nəqlini dayandırması Qərbi Avropada həyacana səbəb oldu.
Son zamanlarda Ukraynanın Aİ ilə ticarət müqaviləsi bağlamaq cəhdləri Moskva ilə gərginliyin yaranmasına səbəb olub.
Moskva bu addımı Kiyevin Aİ üzlüyünə nail olmaq istiqamətində atılan addımı kimi qiymətləndirir.
Rusiya isə, əksinə, Ukraynanın Gömrük İttifaqına daxil olmasında maraqlıdr.
Xəritə
Rusiya qaz kəmərləri Avropaya Ukrayna üzərindən keçir
Mövzular
·         Bölgə, 
·         Siyasət, 
·         Münaqişələr


·         Ermənistanın baş naziri istefa verib 03.04.14

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами