SƏUDİYYƏ ƏRƏBİSTANI SƏRHƏD XİDMƏTİNİN BAŞ DİREKTORU DSX-DƏ




19.04.2014
Hazırladı:Sevinc Vaqifqızı

Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin baş direktoru Azərbaycandadır

Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general- leytenant Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru general leytenant Zumeyyim bin Cuveybir ƏsSəvvatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

APA TV-nin xəbərinə görə, səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib.  Görüşdə hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunmuş, qarşılıqlı faydalı əməkdaşlığın hazırki vəziyyətinə dair məmnunluq ifadə olunmuş, ikitərəfli müna­sibət­lərin gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti DSX-nin Akademiyasında və bir sıra digər struktur qurumlarında olub, hərbi hissə və bölmələrdə xidmətin təşkili, şəxsi heyətin xidməti və yaşayış şəraiti, mövcud xidməti imkanlar, sərhəd mühafizəsi təyinatlı silah, texnika və avadanlıqlarla tanış olublar.

Nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri aprel ayının 21-dək davam edəcək.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами