Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi – FOTO
Təlimə 1714 nəfər qatılıb.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə Qars bölgəsindəki Ağbaba poliqonunda “Qış-2014” təlimi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, iki gün davam edən təlimdə hər iki ölkənin bölmələri tərəfindən birgə praktik atışlar reallaşdırılıb.
Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birlikləri və şəxsi heyəti arasında dostluq əlaqələrini gücləndirmək, birliklərin qarlı və şiddətli soyuqlarda döyüş imkanı və qabiliyyətlərini sınaqdan çıxarmaq, qış şərtlərində ərazidə yerləşmə, iaşə, geyim, təchizat və baxım fəaliyyətlərini öyrənməkdir.
Təlimə 85-i Azərbaycandan olmaqla 1714 nəfər qatılıb.
Комментарии
Отправить комментарий