SƏRHƏDİN MÜHAFİZƏSİNDƏ FASİLƏSİZ MÜŞAHİDƏ


SƏRHƏDİN MÜHAFİZƏSİNDƏ FASİLƏSİZ MÜŞAHİDƏ

                   Bu gün mən "təsadüfən" bir tarixi məxəzi oxuduğum zaman minillər bundan əvvəl Azər türklərinin ərazilərinin mühafizəsində sərhəd mühafizəçilərindən necə istifadə etmələri haqqında bir yazıya rast gəldim və onu bu günümüzün Dövlət Sərhəd Xidmətinin xətti bölmələrinin sərhədçi zabit  və əsgərləri üçün təqdim etməyi istədim.
                   BUDUR HƏMİN MƏTN:
                  Asur çarları sərhəd bölgələrində çoxlu casus və gözətçilərdən istifadə edirdilər Turuk döyüşçülərinin hərəkət istiqaməti, məqsədi, sayı, gücü və girdiyi bölgələrdə əhali ilə davranışı barədə mütəmadi olaraq asur böyüklərinə məlumat verilirdi. Hətta, türük sərhədlərindəki Aşahitim kanalının ağzında oturan gözətçinin raportunda: "turuk səmtindən bu tərəfə bir ulaq keçdi(N83) kimi əhəmiyyətsiz kiçik bir xəbər də yer tuturdu. 
                  Asurları ən çox narahat edən məlumat turuk dəstələrinin kiçik və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi.
                 HÖRMƏTLİ SƏRHƏDÇİLƏR!
                 Yuxarıdakı yazılar bir-neçə min il bundan qabaq məmləkətlərin sərhədlərinin mühafizəsində müşahidəyə verilən əhəmiyyətdir. Hətta adicə bir eşşəyin (ulağın) sərhəddən keçməsi qeyd olunur və bu barədə yuxarı rəhbərliyə məlumat çatdırılırdı.
                 Gəlin, min illiklərdən qayıdaq 21-ci əsrin 2013-cü ilinə. Bu gün sərhədlərimizdə həm öz arxamızın, həm də həmsərhəd ərazisinin müşahidəsi, həm də fasiləsiz müşahidəsi necə aparılır? 
                 Mən, istefada olan sərhədçi bu sualı bu gün dövlətimizin sərhədlərini mühafizə edən SƏRHƏDÇİLƏRİMİZƏ ÜNVANLAYIRAM. 

Bu bloqumda rəy yazmaq imkanı var

Məsləhətləşmək də mümkündür.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами