Təyyarə qəzaları - Quran
Təyyarə qəzalarının monitorinqi onların Quranla və Astronomik hadisələrlə əlaqəsini sübut edir.
Oxunma: 606
23-12-13, 21:50
Yazar: Paşa Yaqub
1) Quranda təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür.
2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətində normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində Quranın hər səhifəsinə bir gün hesabı ilə qalır.
3) İnsanlar ən çox Günəş və Ay (qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla), bir qayda olaraq 286 gündür.
4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfü deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.
Quranın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir. Bunu riyazi dilə çevirsək: 286, 286, 286. Bunları Topladıqda isə, 858 ədədi alınır.
Son 13 ildə baş verən bütün Günəş və Ay tutulmalarının manitorinqini apardım. Və elmi-ladunla apardığım bu monitorinqin nəticələri astronomları və fizikləri heyrətə saldı. (Monitorinqin nəticələri barədə bir neçə məqalə və kitab yazıb, çap etdirmişəm.) Belə ki, bütün Günəş və Ay tutulmalarının bir -biri ilə Quranın üç misli olan 858 (!) ədədi ilə bağlandığı sübut olundu.
Məs: 5 iyul 2001 tarixli Ay tutulmasının 858-ci günü - 9 noyabr 2003-də Ay tutulub; bu tutulmanın da 858-ci günü - 14 mart 2006-cı ildə təkrar ay tutulub və s. Oxucuları yormamaqçün siyahını uzatmıram və qeyd edim ki, hər Günəş tutulmasının da 858-ci günü bir qayda olaraq Günəş tutulması baş verir. (Bunu əks etdirən cədvəli kitablarımın sonuncu fəsillərindən və saytımdan oxuya bilərsiniz.)
X X X
Son illərdə təyyarələrin müəmmalı şəkildə qəzaya uğraması haqda xəbərləri demək olar ki, hər gün eşidirik. Bu qəzaların da monitorinqini apararkən, heyrətamiz faktlar üzə çıxdı. Belə ki, tərtib etdiyim cədvəldən aydın olur ki, astronomik hadisələrdə olduğu kimi, göydə baş verən təyyarə qəzaları da biri-birilə 858 ədədi ilə bağlanır. Yəni eyni markalı təyyarələr 858 günün tamamında təkrar qəzaya uğrayır. Burada diqqət çəkən daha bir heyrətamiz fakt ondan ibarətdir ki, qəzaya uğrayan təyyarələrin üzərindəki marka bir qayda olaraq Ay tutulmasından keçən günün sayını göstərir.
Məsələn: 1) 30 dek. 2001 tarixdə baş verən Ay tutulmasının 727-ci günü Afrikada "Boeng-727" (!) təyyarəsi qəzaya uğradı (26.12.2003). Həmin Ay tutulmasının 737-ci günü isə "Boenq-737" (!) təyyarəsi qəzaya uğradı (03. 01.2004).
2) 8 sent. 2006 tarixli Ay tutulmasının 737-ci günü Moskva-Perm marşurutu ilə uçan "Boeng-737 (!)-500" markalı təyyarə müəmmalı şəkildə qəzaya uğradı (14.09.08). Bu qəzadakı daha bir sirri açmaq üçün markadakı ədədləri toplayaq: 737+500=1237. Maraqlıdır ki, bu qəza 24 aprel 2005 tarixli Ay tutulmasının 1237-ci (!) günü baş verib .
3) 17 avq. 2008 tarixli Ay tutulmasının 747-ci günü Səudiyyədə "Boeng-747" təyyarəsi qəzaya uğradı (4.09.10). və s.
Oxucuları yormamaqçün siyahını çox uzatmıram və keçirəm bu qəzaların arasında olan 858 ədədinə. Yuxarıda qeyd etdim ki, eyni markalı təyyarələr 858 günün tamamında təkrar qəzaya uğrayır.
Məs: 1) 2005-ci ilin dekabrın 23-də Bakıda "AN 140-100" markalı təyyarənin müəmmalı şəkildə qəzaya uğraması uzun müddət mətbuatın gündəmindən düşmədi. Jurnalistlər əsas diqqəti ona yönəldirdilər ki, 2002-cü ilin də eyni tarixində (23 dekabrında), eyni saatında və hətta eyni dəqiqəsində eyni markalı təyyarə İran ərazisində qəzaya uğramışdı. Mən də öz növbəmdə bu iki oxşar hadisə üzərində olan sirr pərdəsini Elmi-ladunla qaldırmaq istədim və çox heyrətamiz nəticə əldə etdim. Belə ki, İranda və Azərbaycanda yuxarıda sadaladığım oxşarlıqlarla baş verən qəzalar arasında 1098 gün fərq vardır ki, bundan da təyyarənin markasını çıxsaq Quran rəmzi olan 858 ədədi alınır: 1098 - 140 - 100=858.
2) 2004-cü ilin martın dördündə Bakıda baş verən "İL-76" qəzası böyük əks-səda verdi. Maraqlıdır ki, hadisənin 76-cı (!) günü Çində Az-na məxsus daha bir "İL-76" təyyarəsi (18 mayda) qəzaya uğradı. (Quranın "İnsan" surəsinin sıra nömrəsi olan 76 ədədi bəşəriyyətin diqqətini İNSAN olmağa yönəldir.) İkinci qəzanın 858-ci günü (9 iyul 2006) Yerdə bir gündə beş sərnişin təyyarəsi qəzaya uğradı. Bütün bu qəzalar arasında riyazi bağlılıq vardır. Oxucunu yormamaq üçün onlardan ikisini şərh edəcəm: Həmin gün Rusiyaya məxsus iki ədəd "A-310" markalı təyyarə qəzaya uğradı (birinin sərnişiləri xilas edildi): 310+310=620. Qəza baş verən gün Ay tutulmasının (28.10.04) 620-ci günü idi (!). Bu qəzalar digər Ay tutulmasının (24.06.02) 1478-ci günüdür ki, bundan da həmin iki təyyarənin markasını çıxdıqda yenə də 858 ədədi alınır: 1478-310-310=858.
3) İndi keçək bu il iyulun 7-də Aerikada baş verən "Boenq 777" qəzasının görünməyən tərəflərinə. Araşdırmalarımız göstərir ki, bu qəza özündən əvvəlki eyni sirli qəzalarla riyazi yolla əlaqəlidir ki, bu da onların təsadüf olmadığını və eyni MƏRKƏZDƏN çox dəqiqliklə idarə olunduğunu sübut edir. Belə ki, bu qəza:
- özündən əvvəl Amerikada (20 may 20011) baş verən "Boenq 707" qəzasının 777-ci (!) günüdür; - 10 dekabr 2011 tarixdə baş verən Ay tutulmasının 572-ci günüdür ki, bu da Quranın səhifələrinin iki mislidir: 572-286=286; - Hindistanda (22.05.2010) baş verən "Boenq 737" qəzasının 1144-cü günüdür ki, bu da 286 ədədinin dörd mislidir (Quran dördüncü səmavi kitabdır.); - Londonda (17 yanvar 2008) baş verən "Boenq 777" qəzasının 2002 -ci günüdür ki, bu da 286 ədədinin 7 mislidir. (Xatırladım ki, Londondakı həmin qəza elm əsri olan XXI əsrin 2574-cü günüdür ki, bu da 858 ədədinin üç mislidir: 2574-858-858=858)
Sizi yormamaqçün söhbəti uzatmıram. Qeyd etmək istəyirəm ki, Yerdə baş verən və ölkələri qaranlığa qərq edən enerji qəzaları da 858 ədədi ilə biri-birinə bağlanır. Məs: 24 sent. 2003 tarixdə Danimarka və İsveçrədə baş verən enerji qəzası iki dövləti bir neçə gün qaranlıqda qoydu. Bu hadisənin 858-ci günü (29.01.2006) Az-da baş verən anoloji hadisə olkəni qaranlığa qərq etdi.
Qeyd edim ki, enerji qəzalarının sirri riyazi yolla Quranın bağlı (mütəşabeh) ayələri ilə əlaqələndiyindən, bu mövzuda çox danışmaq məsləhət deyil.
Yuxarıda sadaladığım hadisələr, insanların diqqətini bəşəri dəyərlər toplusu olan QURANa yönəltmək üçün verilmiş kodlaşdırılmış xəbərdarlıqlardır.
"Allahdan bacardığınız qədər qorxun!" Quran, 64:16.
(Mövzunu geniş öyrənmək istəyənlər profilimi izləyə bilərlər.)
Комментарии
Отправить комментарий