Mixail Saakaşvili: Milli Şuranı Rusiya idarə edir


3
0
297
Oxu.Az-da reklam: (050) 521-11-81

Mixail Saakaşvili: Milli Şuranı Rusiya idarə edir

“Bu insanlar Azərbaycanda siyasi stabilliyi pozmaq üçün ortaya atılıblar”.
Azərbaycan müxalifətinin Gürcüstanda toplantı keçirən nümayəndələri Rusiya tərəfindən göndərilib.
Oxu.Az məlumat verir ki, APA-nın Qruziya Onlayn-a istinadən verdiyi xəbərə görə, bunu bu gün parlament nümayəndələri və qubernatorlarla görüşdə Gürcüstan prezidenti Mixail Saakaşvili deyib.
Prezident bu cür məsələlərdə hökuməti ehtiyyatlı olmağa çağırıb: 
“Sizə məlumdur ki, dünən və srağagün Gürcüstanda prezident İlham Əliyevə opponent olmaq istəyənlər Moskvadan buraya gəlib toplantı keçiriblər. Hamının siyasi fəal olmaq haqqı var. Biz demokratik, azad ölkəyik, lakin çox gözəl bilirik ki, məhz Rusiya Federasiyasında bu insanları idarə edirlər və maliyyələşdirirlər. Bu insanlar onlar tərəfindən konkret məqsədlə, Azərbaycanda siyasi stabilliyi pozmaq üçün ortaya atılıblar. Amma bilməliyik ki, Azərbaycanın siyasi stabilliyi Gürcüstanın da siyasi stabilliyini şərtləndirir”.
M.Saakaşvili Gürcüstanın kiçik, həssas vəziyyətdə olan dövlət olduğunu xatırladıb: 
“Bizim ərazimiz qonşularımızın əleyhinə siyasi manipulyasiya üçün istifadə olunmamalıdır. Bu məsələdə çox ehtiyatlı olmalıyıq”.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами