İDRAKIN DÖRDÜNCÜ HALI

İDRAKIN DÖRDÜNCÜ HALI
15 fevral 2008 [13:41]Şərhlər: 0

Mən bu materialı 2010-cu ildə bloqlarımın birində nəşr etmişdim. İndi ona təsadüfən rast gəlib, burada da nəşr etdim. Fərahim.

«Komsomolskaya pravda» qəzetinin yazdığına görə, belə ki, Bexterev adına Sankt-Peterburq psixonevroloji elmi-tədqiqat institutunun neyro- və psixofiziologiya laboratoriyasının mütəxəssisləri idrakın bu xüsusi halını – «ibadət oyaqlığı» halını müşahidə etməyə müvəffəq olmuşlar.

Bu halı müşahidə etmək üçün alimlər müxtəlif dinlərdən olan din xadimlərinin ibadət etdikləri anda onların elektroensefaloqramlarını öyrənmişlər. Tədqiqatların nəticələrinin araşdırılması zamanı belə məlum olmuşdur ki, ibadət zamanı baş beyninin biocərəyanlarının ritmi çox güclü şəkildə yavaşıyır: beyin faktiki olaraq dayanır və işləyən beynin əsas fazalarından (tez yuxu, yavaş yuxu və oyaq qalma) tamamilə fərqli bir hal əmələ gəlir.

«Bizim tədqiq etdiyimiz insanlar, ibadət etdikləri zaman biocərəyanların ritmi yalnızca 3 hers tezliyə kimi yavaşıyrdı. Belə yavaş biocərəyan ritmi «delta-ritm» adlanır və yalnız iki-üç aylıq körpə uşaqlarda müşahidə olunur…

Biz belə düşünürük ki, ibadət zamanı beyinin neyronları arasında mövcud olan patoloji əlaqələr dağılırlar. Belə ki, bu zaman, ibadət edən insan xəstəlik haqqında düşünməyə ara verir. Və bu hal isə bəzən ölümcül şəkildə xəstəliyə düçar olmuş insanların tamamilə sağalmasına gətirib çıxarır…

Əlbəttə ki, elmə onkoloji xəstəliklərin sağalması halları məlumdur. Yuxarıda qeyd edilmiş halların isə daha ciddi və müfəssəl şəkildə öyrənilməsi və araşdırılması lazımdır. Lakin, inanmaq və dua etməyi isə həqiqətən, ürəkdən etmək lazımdır. Əks halda, müalicənin effekti olmayacaqdır», - deyə ETİ-nin nümayəndəsi qeyd etmişdir.


HADİ MÜNTƏZİR
«Dəyərlər»


Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Dəyərlər" AİN-ə istinad (www.deyerler.org) zəruridir

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами