О ПОГРАНОЛОГИИ
RF FTX-nin Sərhəd Akademiyasında 2008-ci ildən sərhədşünaslıq (погранология) üzrə daimi fəaliyyətdə olan sahələrarası seminar işləyir. Eynilə belə strukturun Azərbaycan Respublikası Sərhəd Ximəti Akademiyasında olması zəruriyyəti çoxdan aktuallaşmışdır.
Daimi fəaliyyət göstərən: ""Sərhədşünaslıq: müasir problemlər və onların həlli yolları" seminarının növbəti il üçün Planı aşağıdakı kimi nəzərdə tutula bilər:
Məqsəd: sahə üzrə əsas elmi fənnin - sərhədşünaslığın inkişafı üçün şəraitin yaradılması və onun elmi fəaliyyətə, Akademiyanın tədris gedişatına tətbiq edilməsi.
Vəzifələr:
1) Limologiyanın müstəqil istiqaməti kimi, dövlətin, cəmiyyətin və insanın sərhəd məkanında mənafelərinin müdafiəsi haqqında biliklər sistemi olan sərəhədşünaslığın quruluşunun və əsas məzmununun formalaşdırılması;
2) sərhədşünaslığın bütün (mənəvi, sosial, siyasi, iqtisadi, hərbi, hüquqi, əməliyyat, texniki, tarixi və s.) tərkib hissələrinin inkişafı üçün şərtlərin yaradılması;
3) elmi fəaliyyətə və təhsil prosesinə əsas tədris fənni kimi sərəhədşünaslığın rəsmiləşdirilməsi və mərəhələlərlə tətbiq edilməsinin mexanizminin işlənib hazırlanması;
4) sərəhədşünaslığın tərkib hissələrinin müxtəlif nəzər nöqtəsindən (mənəviyyat və mühafizə əxlaqı, mühafizə nəzəriyyəsi və təcrübəsi; mühafizə iqtisadiyyatı; mühafizə tarixi; mühafizə texnikası və texnologiyası və s. üzrə) müvafiq nəzəriyyələr və əməli tövsiyyələrin köməyi ilə təşəkkül tapması metodikasının işlənib hazırlanması;
5) sərhəd mühafizəsi fəaliyyəti, limologiya və sərhədşünaslıq tezaurusunun tərtib edilib qaydaya salınmasına yardım göstərmək;
6) gənc sərhədçi-alimlərin və müəllimlərin yaradıcılıq potensialının və elmi təlimlərin formalaşdırılması və möhkəmləşdirilməsi üçün şərait yaratmaq.
6) gənc sərhədçi-alimlərin və müəllimlərin yaradıcılıq potensialının və elmi təlimlərin formalaşdırılması və möhkəmləşdirilməsi üçün şərait yaratmaq.
| ||
Комментарии
Отправить комментарий