Köşə yazısı
Hüseyn BAKUVİ h-bakuvi@mail.ru 06 -04 -2010 . Azərbaycanda terrorun kukla teatrı | |
Əhalinin 99,9%-i terrorçuların varlığına inanır. Halbuki bomba partlayışları vasitəsilə siyasi məqsədlərinə çatmağa can atan terrorçuların əyyamı çoxdan keçib.Bəs belədirsə, onda güllə atan, metroda partlayışlar edən və xeyli silah-sursat yığıb nəyəsə can atanların məqsədi nədir? \"Guve prodest?\", yəni \"Kimə sərfəlidir?\" - Romada ədliyyə bütün cinayətləri araşdıranda bu suala cavab axtarırdı. Cavab o qədər aydındır ki, insanların əksəriyyəti onu qəbul etməkdən boyun qaçırır. Rusiyadakı terror aktları yalnız Kremldəki hakimiyyətə gərəkdir, çünki müasir şəraitdə terrorizm cəmiyyət üzərindəə nəzarət və kontroldu əldə saxlamağın ən rahat yollarından biridir. Ona görə də Rusiyanın xüsusi xidmət orqanlarının ölkədə həyata keçirib çeçenlərə şamil etdikləri terror aktlarını onların səciyyəvi xüsusiyyətləri fərqləndirir. Rusiyadakı bütün teraktları anonimlik, motivsizlik və məqsədsizlik birləşdirir. Bəlli olduğu kimi, terrorçuların məqsədləri mümkün qədər çox adam öldürmək yox, insanları qorxutmaq, onları hərəkətsizliyə, ətalət və süstlüyə, yaxud da tam tərsinə - hansısa hərəkətlərə vadar etməkdir. Yəni insanlar bilməlidirlər ki, hansı təşkilatdan qorxmaq gərəkdir: əks təqdirdə, qətllərin heç bir mənası qalmır. Halbuki Rusiyadakı teraktların tam əksəriyyəti anonimdir və bu da azmış kimi, \"canlı bomba\"lar özlərini partladırlar. Terrorçuları diri tutmaq mümkün olanda onlarn qayət müəmmalı şəkildə güllələnirlər. Məsələn, Moskvadakı Dubrovka olaylarında Rusiyanın xüsusi təyinatları artıq zərərsizləşdirilmiş, yəni qazla yatırılmış terrorçuları güllələdi. Bəziləri küçədə, çoxsaylı şahidlərin gözləri önündə öldürüldü. Bütün bunları iz itirmək istəyindən savayı nə ilə izah etmək olar? Rusiyada son 12 il ərzində törədilmiş teraktlardan heç biri tamm təhqiq olunmayıb, sifarişçilərlə terror aktlarını bilavasitə həyata keçirənlər bilavasitə müəyyənləşdirilməyib. Cinayət işlərinin tam əksəriyyəti isə \"tam məxfi\" qrifi altında saxlanır ki, maraqlı adamlar ora burunlarını soxmasınlar. Azərbaycanda isə tam tərsinə durum görüntüsü olsa da, çox işlər olduğundan fərqli şəkildə təqdim olunur. Dövlət təhlükəsizlirk qurumları terror aktları törətmək istəyən dəstələri zərərsizləşdirir, hətta Balakın rayonu təki bölgəni \"təhlükəsizlik karantini\"nə alaraq yaraqlı dəstələrin zərərsizləşdirilməsi ilə məşğul olduğunu deyir. Lakin o yaraqlılar bizim rəsmi strukturların dedikləri təki, radikal islamçılar, sələfilər və ekstremistlərdirmi? Düşünmürəm, çünki hər şey belə sadə deyil. Ölkədəki radikal islamçıların tam əksəriyyəti savadlı olduqlarını desələr də, bisavad insanlardır. Çünki onların şüurlarını məşğul edən yeganə məsələlər möminlik, dini mövzularda mübahisələr, \"İslam Xilafəti\"nin qurulması və Şəriətlə idarə olunan dövlətin yaradılmasıdır. Bütün bunların pis və ya yaxşı məqsədlər olması ayrı məsələdi: əsas odur ki, həmin adamların hərbi hazırlığı ordu və təhlükəsizlik qüvvələrinin mütəxəssislərinə qarşı durmaq üçün yetərli səviyyədə deyil. Terror aktlarının planlaşdırılması isə bu adamların beyiin məhsulu deyil, çünki bəhs etdiyim insanlar böyük mexanizmlərin kiçik detallarıdır. Azərbaycana qarşı ekstremizmin sürəkli olaraq cənubdan - İrandan və şimaldan - Rusiyadan gəlməsi də məntiqi məsələdir. Tehranla Moskva ölkədəki situasiyanı daima məcrasınndan çıxarmaq, qorxu və xof, təlaş və ümidsizlik mühiti yaratmağı qarşısına məqsəd qoyub. Rusiya və İranın yetkililəri bunun əksini söyləyib az qala and içirlər, amma inandırıcı deyil. Yalan danışırlar, ona görə. Fəqət, Azərbaycanda vəziyyətin altını üstünə çevirməyə can atanlar tək bu dövlətlər deyil. Ərəb ölkələri, xüsusilə də Fars Körfəzi dövlətlərindəki ən müxtəlif \"İslami xeyriyyə və din\" təşkilatlarının adamları əhalisinin əksəri şiə olan Azərbaycanın \"dini baxımdan İranın təsiri altına düşməsinə yol verməmək\" üçün sünniliyin radikal təriqəti olaq sələfiyin ölkədə yayılması üçün əllərindən gələni edirlər. Məqsəd tək din məsələsi deyil: siyasət, iqtisadiyyat, maliyyə və geosiyasət məqamları burada üzvi şəkildə çuğlaşıb. Son oyunçular isə Qərb ölkələridir. Qərbin, yəni ABŞ və Avropa Birliyinin Azəbaycanla bağlı özəl, \"məhrəm\" maraqları var. Həmin mənafelərin tam təminatı, rəsmi Bakının əsəblərini daima tarımda saxlamaq, onsuz da gözüqıpıq və qorxaq olan hakimiyyəti daha da xoflandırıb \"əks təqdirdə\" nələrin ola biləcəyini hipotetik ssenari qismində aramsız xatırlatmaq üçün radikal dinçilər, müxtəlif \"cəmaat\"lar və yaraqlı dəstələri, habelə qrup halında tutulan potensial terrorçular hərəkətə gətirilir. Bu binəvalar gerçək rejissorların kim olduqlarını bilmir, müstəqil hərəkət etdiklərini düşünürlər. Eynən kukla teatrında ipləri dartılan kuklalar təki. Oxunub: 15 dəfə. |
Комментарии
Отправить комментарий