NAXÇIVAN SƏRHƏD DİVİZİYASINDA

Cəmiyyət


Əsgərlər and içdi

Naxçıvan sərhəd diviziyasında gənc Əsgərlər vətənə sədaqət andı içiblər. Xidmətə yeni başalamalarına baxmayaraq, ilk gündən onların hərbi hazırlığı və nizam-intizamı diqqət çəkib.

Orduya yeni çağrılan əsgərlər üçün nəzərdə tutulan təlim -tədris kursu bitəndən sonra gənc sərhədçilər vətənə sədaqət andı içməyə tam hazır idilər. Silah və döyüş yoldaşından yapışaraq təntənəli şəkildə hərbi and içən əsgərlər yaxşı bilir ki, Naxçıvanın 300 kilometrə yaxın dövlət sərhədləri bundan sonra onlara əmanətdir.

Sonra çiyin-çiyinə, əsgər mahnısı ilə səf cərgələrdə addımlayan sərhədçilər öz sıra hazırlıqlarnı nümayiş etdirdilər. Hər bir əsgərin peşəkar zabit və sərhədçilərin sırasına qoşulması bütün şəxsi heyət üçün bayramdır. Çünki, şərəfli xidmət bundan sonra yeni dostlar, döyüş yoldaşları ilə birlikdə keçəcək.

Son vaxtlar gənclərdə hərbi xidmətə maraq, orduya sevginin artması artıq cəmiyyətdə gedən uğurlu prosseslərin nəticəsidir. Bu da zabitlərin rəyidir. Naxçıvan sərhəd dviziyasında yaradılan şərait, əsl hərbi nizam-intizam və döyüş əhval-ruhiyyəsi isə valideynləri ilk baxışdan razı saldı.

22.02.2010 / 19:00
 
Lider TV-dən.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами