ƏLAQƏDAR ORQANLARLA QARŞILIQLI FƏALİYYƏT
ƏLAQƏDAR ORQANLARLA QARŞILIQLI FƏALİYYƏT
(Ardını davam etmək)
SƏRHƏD DƏSTƏSİNİN HƏYATA KEÇİRDİYİ ƏMƏLİYYAT-XİDMƏT FƏALİYYƏTİ ƏRAZİSİNDƏ YERLƏŞƏN HÜQUQ-MÜHAFİZƏ, MİLLİ TƏHLÜKƏSİZLİK, GÖMRÜK (adlarını bir-bir yazmaq – rayonlarda hansılar varsa) və SAİR ORQANLARI VƏ HƏRBİ HİSSƏLƏRİN KOMANDİRLƏRİ İLƏ QARŞILIQLI ƏLAQƏ SAXLANMASI
KONSEPSİYASI
MÜNDƏRƏCAT:
GİRİŞ
1-ci fəsil. (Burada: Sərhəd Dəstəsinin (Ərazidə olan orqanların adlarını çəkməli:) yəni, onlarla – qarşılıqlı əlaqənin anlayışı, mənası, hüquqi reqlamenti və formaları.
2-ci fəsil. (“Qarşılıqlı əlaqə” əvəzinə, “qarşılıqlı fəaliyyət” də yazmaq olar.) Sərhəd Dəstəsinin ona DSX tərəfindən həvalə olunmuş tapşırıqların yerinə yetirilməsi üzrə həmin orqanlarla qarşılıqlı (fəaliyyət) əlaqə.
3-cü fəsil. Sərhəd dəstəsinin həmin orqanlara həvalə edilmiş və sərhədin mühafizəsi ilə dolayısı ilə əlaqədar olan vəzifələrin həyata keçirilməsində həmin orqanlar tərəfindən həyata keçirilməsində qarşılıqlı əlaqə (fəaliyyət).
GİRİŞ
Ölkədə həyata keçirilən demokratik islahatlar dövlətin nəinki siyasi və iqtisadi sistemində, həm də uzun illər boyu formalaşmış ictimai münasibətlərdə və cəmiyyətin psixologiyasında da əsaslı dəyişikliklər yaratmışdır. Dövlətimizin və cəmiyyətin birlikdə islahatlar yolu ilə irəliləməsi davam etməklə yanaşı yeni ölkə qanunvericiliyi də inkişaf etməkdədir. Lakin, bəzən şərait ölkədə o dərəcədə sürətlə inkişaf edir ki, qanunvericilik yaranmış ictimai münasibətləri hüquqi cəhətdən reqlamentləşdirməyə, onları təfərrüatı ilə təsvir etməyə, onların təcrübədə tətbiqi mexanizminin tənzimlənməsinə vaxt tapmır.
Buna görə bu gün ölkə qanunvericiliyində bir sıra belə boşluqların qalması bilavasitə qarşılıqlı fəaliyyət göstərən orqan və xidmətlərin əlaqələr – hüquqi tənzimlənməyə ehtiyacı olan ictimai münasibətlər hələ də qanunvericiliklə müəyyən edilməməsidir. Bunlardan dövlət sərhədinin mühafizəsində ən vacib olanı – sərhəd orqanlarının qarşılıqlı fəaliyyət göstərdikləri dövlət orqanları və strukturları ilə qarşılıqlı əlaqələrin, münasibətlərin hüquqi cəhətdən reqlamentləşdirilməməsidir. Bu münasibətlər keçmişdən qalan və hüquqi normalara əsaslanmayan ənənəvi qaydalara istinad edir ki, bu da hüquqi demokratik dövlət sistemində ictimai müna sibətlərin möhkəmlənməsinə səbəb olmur. İmmanuel Kant özünün məşhur “Dövlət və hüquq haqqında təlim” əsərində yazırdı ki, hüquqi dövlətdə “qanunun aliliyi müdrik qanunların bolluğu ilə təmin edilir”. Dövlət sərhədinin mühafizəsi zamanı aşkar edilən çoxsaylı və müxtəlif formalı sərhəd pozucu luğu ilə bağlı hüquqazidd hallar, onların aşkar edilməsinin və qarşısının alınmasının mürəkkəbliyi nəinki qanunvericilik bazasının təkmilləşdirilməsini, həm də onlarla mübarizədə müxtəlif dövlət orqanlarının imkanlarından istifadə etməyi nəzərdə tutur. Belə orqanların və strukturların məcmusunu ərazi üzrə fəaliyyət göstərən hüquq-mühafizə, xüsusi xidmət orqanlarının, prokurorluğun və digər strukturların ümumi sistemi təşkil edir. Bu sistemə daxil olan hər müstəqil element qanunla ona həvalə olunmuş səlahiyyətlər hüdudlarında öz fəaliyyətini təşkil edir və bu, qanunçuluğun və hüquqi normaların möhkəmlənməsinə, cinayətkarlığa qarşı mübarizəyə, şəxsiyyətin hüquq və azadlıqlarının, cəmiyyətin, dövlətin, müəssisələrin, təşkilatların, idarələrin hüquq və qanuni mənafelərinin mühafizəsinə və qanunvericiliklə müəyyən edilən digər vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş olur. Lakin qanunun pozulması üsulları və formalarının çox böyük sayda olmasına baxmayaraq, onun pozulması ilə mübarizənin forma və metodları o qədər də çox deyildir və qeyd etdiyimiz kimi, qanunvericiliklə sərt şəkildə reqlamentləşdirilmişdir. Məhz buna görə, sərhəd mühafizəsi sistemi olan sərhəd dəstəsinin xidməti ərazisində fəaliyyəti qanunla ona verilmiş səlahiyyətlərlə ciddi şəkildə məhdudlaşdırılması və hətta bəzən onun öz tapşırıqlarını təkbaşına yerinə yetirməyə imkan vermir və öz ehtiyat qüvvələrini istifadə etməklə yanaşı, ondan vahid məqsədə uğurla nail olmaq üçün digər orqan və strukturlarla birlikdə razılaşdırılmış fəaliyyət aparılmasını tələb edir.
Bununla əlaqədar olaraq qeyd etmək vacibdir ki, sərhəd zonasında (sərhədboyu ərazilərdə) Sərhəd dəstəsi sərhəd pozucularının və digər cinayətkarların axtarışı və ələ keçirilməsində, əksər hallarda əsas əlaqələndirici orqan kimi çıxış edir ki, bu da onun dövlət sərhədi ilə əlaqədar qarşılıqlı fəaliyyət məsələlərində aparıcı rolunu göstərir.
Bu işdə əsas məsələ Sərhəd dəstəsi ilə onun əməliyyat-xidmət sahəsində yerləşən öz bölmələri, hüqu-mühafizə, xüsusi xidmət, prokurorluq və sair dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti probleminin həllinə yönəldilmişdir. Buna görə, məncə, əlimizdə olan materialların əsasında “qarşılıqlı fəaliyyət” istilahı anlayışını, onun Sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətində əhəmiyyətini, hüquqi cəhətdən reqlamentləşdirilməsi dərəcəsini və həm də həyata keçirilməsinin əsas prinsip və formalarını, Sərhəd Xidmətinin xüsusiyyətləri nəzərə alınmaqla, aydınlaşdırmalıyıq. Bundan başqa, bu mövzunu daha tam və hərtərəfli aydınlaşdırmaq üçün qarşılıqlı fəaliyyət subyektlərinin xüsusiyyətlərini də nəzərdən keçirməyin zəruriliyi meydana çıxır. Bunlar, SX birlik və bölmələrindən başqa, Sərhəd dəstəsinin xidməti ərazisində yerləşən dövlət orqanları, yerli hakimiyyət orqanları və s.-dir. Qarşılıqlı fəaliyyət mürəkkəb, fasiləsiz prosesdir və onu ayrıca götürülmüş bir hadisə kimi sonuncunun mahiyyətini daha dəqiq əks etdirməsi nəzərdən keçirmək lazımdır, sonra isə, qarşılıqlı fəaliyyətin konkret formalarından bəhs edərək, bu prosesin mütəhərrikliyi (dinamikliyi) göstərilməlidir.
1-ci Fəsil. “Qarşılıqlı fəaliyyət" anlayışı, onun mənası, hüquqi reqlamentləşdirilməsi və formaları. Qarşılıqlı fəaliyyətin anlayışı və mahiyyəti.
“Qarşılıqlı fəaliyyət” məfhumu (termini) qanunvericilikdə olmasa da, nəzəriyyə və təcrübədə geniş istifadə edilir, çünki o, müxtəlif orqanların qarşısında duran məsələlərin uğurla həll edilməsində kollektiv səylərin səciyyəsini özündə uğurla əks etdirir. Buna görə, bu anlayışı açıqlayarkən onun mənasının əhəmiyyətini nəzərə almaq lazımdır. Geniş mənada “qarşılıqlı fəaliyyət” fəlsəfə kateqoriyası kimi çıxış edir və obyektlərin bir-birilərinə göstərdiyi təsirləri, onların qarşılıqlı şərtlənmələrini və bir obyektin digərinin fəaliyyətinə köməyini əks etdirir. Bu zaman qarşılıqlı fəaliyyət istənilən maddi sistemin varlığını və struktur təşkilatını müəyyən edən obyektiv və universal hərəkət, inkişaf forması kimi özünü göstərir. Qarşılıqlı fəaliyyətin belə təyinatı (tərifi) ümumi səciyyə daşıyır və təfəkkürün istənilən proseslərinin və formalarının təzahürünün əks etdirilməsində tətbiq edilə bilər. Buna görə, qarşılıqlı fəaliyyət məfhumunun, bu mövzumuza uyğun olaraq, daha aydın başa düşülməsi üçün onun daha dar və ən çox istifadə edilən mənasına müraciət edək ki, bu baxımdan, qarşılıqlı fəaliyyətin mahiyyəti, əslində “əlaqələndirmə” (rusca: «координация») anlayışı ilə eyni mənaya malikdir” (latın sözü olan “koordinasiya” – “birgə”, “qaydaya salmaq”, “qarşılıqlı əlaqə”, “razılaşdırmaq” mənalarını verir), yəni, müxtəlif subyektlərin, Bunlar – Sərhəd dəstəsi və onun əməliyyat-xidmət sahəsində yerləşən digər orqan və hərbi hissələrin (bunları dəqiqləşdirmək!!!) rəhbərliyi və komandanlıqları ilə qarşılıqlı əlaqəli və razılaşdırılmış fəaliyyətidir. Belə qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət, əlbəttə ki, müəyyən şərtlər və şərait mövcud olduğu halda mümkünləşə bilər. Birincisi, qarşılıqlı fəaliyyətə, ən azı iki subyekt iştirak etməlidir. Bu o deməkdir ki, iştirakçılardan hər biri aydın surətdə dərk etməlidir ki, o – qarşılıqlı fəaliyyət göstərən subyektdir və ona həvalə edilmiş vəzifələri digər subyektlə birgə yerinə yetirir. Bu müddəadan aşağıdakı şərtlər aydınlaşır – qarşılıqlı fəaliyyət iştirakçılarının məqsəd (hədəf) və vəzifələrinin ümumiliyi (birliyi). Məqsəd və vəzifələrin yerinə yetirilməsində əlaqələrin kəsilməsi, rabitənin olmaması və ya zəifliyi qarşılıqlı fəaliyyətin əhəmiyyətini heçə endirir, çünki bu halda iştirakçılardan hər biri bir-birilərinə münasibətdə ayrı-ayrı vəzifələri yerinə yetirirlər və ya digər məqsədlərə nail olurlar, deməli bu fəaliyyəti müstəqil surətdə, razılaşdırmadan həyata keçirirlər ki, nəticədə şəraitdə hər hansı bir qarşılıqlı fəaliyyətdən söhbət belə gedə bilməz. Məqsəd və vəzifələrin vəhdətindən (birliyindən) danışarkən, qeyd etmək lazımdır ki, dövlət sərhədi təhlükəsizliyi üzrə qanunvericiliyin və qaydaların möhkəmləndirilməsi, sərhəd pozuculuğuna və qaçaqmalçılığa qarşı mübarizə həm sərhəd dəstəsinin və həm də bütün hüquq-mühafizə orqanlarının vahid vəzifələrindəndir. Bu vəzifələr öz mahiyyəti etibarı ilə daha da konkretləşdirilmiş və ardıcıllıqla həll edilən mərhələlərdən ibarətdir.
Sərhəd dəstəsinin qarşıda qoyduğu qarşılıqlı fəaliyyət prosesində nail olunan məqsədlər haqqında da eyni şeyi demək mümkündür. “Məqsədlər” adı altında hal-hazırda hələ nail olunmamış, lakin əldə ediləcək, o cümlədən digər hüquq-mühafizə orqanları və digər orqanlar ilə qarşılıqlı fəaliyyət gedişatında əldə ediləcək vəziyyət və ya nəticələr başa düşülür. Qarşılıqlı fəaliyyətin həyata keçirilməsi zamanı qoyulmuş məqsədlərə nail olma dərəcəsi onun təsirliliyi və ya effektliliyi adlandırılır. Nail olunan məqsədlərin dərəcələri çox olduqca, buna müvafiq effektivlik də çox olur. Lakin məqsədlər eyni və müxtəlif dəyərli ola bilər. Məqsədlər öz əhəmiyyətliliyinə görə yüksək və aşağı səviyyəli olanlara bölünür. Ali (yüksək) səviyyəli məqsədlər – sərhəd dəstəsinin əsas məqsədləridir ki, bunlar ölkə qanun vericiliyinin müvafiq maddəsində öz əksini tapmışdır(qanunu və maddəni göstərmək). Onlara nail olunması onu göstərir ki, Dövlət Sərhədi haqqında, Dövlət Sərhəd Xidməti haqqında qanunvericilik tam yerinə yetirilir, sərhədin pozulmasına yol verilmir, əməliyyat-xidmət prosesində qanunçuluğun, insan haqlarının, sərhədçilərin hüquqlarının və qarşılıqlı əlaqə saxlanılan orqanların hüquqlarının pozulmasının və Dövlət sərhədinin təhlükəsizliyinə yönəldilmiş qəsdlərin qarşısı alınır.
Beləliklə, qarşılıqlı fəaliyyətin ali məqsədini – Dövlət Sərhədinin təhlükəsizliyinin təminatında qanunvericiliyin möhkəmləndirilməsi və hüquqtətbiqetmənin təmin edilməsi kimi başa düşmək olar. Sərhəd dəstələrinin əsas məqsədi – Dövlət sərhədinin təhlükəsizliyinin və ona həvalə edilən vəzifələrin ölkə və beynəlxalq qanunvericilik səviyyəsində yerinə yetirilməsinin təmin edilməsidir. Buna görə, qarşılıqlı fəaliyyətin ali məqsədi – Sərhəd Dəstəsinin qanunvericiliklə müəyyən edilmiş çoxtərəfli vəzifələrinin həyata keçirilməsinin təmin edilməsidir. Bu məqsədlərə həm də digər hüquq-mühafizə orqanları və digər orqanlar qarşılıqlı fəaliyyət zamanı nail olurlar.
Məqsədlərin ali səviyyəsi – qarşılıqlı fəaliyyətin ən təsirli ali səviyyəsinə nail olmaqdır ki, bu onun məqsədlərinin tamamilə yerinə yetirilməsini, yəni Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar qanunvericiliyin dəqiq icra olunmasını bildirir. Bu isə, öz növbəsində, dövlət sərhədinin pozulmasının və sərhəddə digər hüquqazidd pozuntuların qarşısının alınmasının fundamenti olan sosial-mənəvi şəraitin yaradılması deməkdir. Nəzərdə tutulan – subyektlərin təfəkkürünün eyni zamanda yüksək səviyyəsinə nail olunması və onların qanunları dəqiq icra etməsinin həyati zəruriyyətə çevrilməsidir. Lakin hazırkı vaxtda Sərhəd dəstəsinin və onunla qarşılıqlı fəaliyyət göstərən subyektlərin fəaliyyətinin ali məqsədi yalnız ideal və arzuedilən kimi nəzərdən keçirilir. Bu (ali) səviyyə hələlik elə bir mərhələdir ki, Sərhəd dəstəsi qarşılıqlı fəaliyyəti zamanı ona doğru çatmağa səy göstərir. Buna görə, təcrübədə Sərhəd dəstəsi, mövcud imkanlardan yararlanaraq, qarşıya daha real, gerçək məqsədlər qoyur: sərhəd təhlükəsizliyi ilə bağlı hüquqazidd pozuntuların səviyyəsinin artmasının dayandırılmasına və hətta onların azaldılmasına və bir-neçə ildən sonra və ya başqa yaxın bir dövrədək isə hüquqi pozuntuların minimuma endirilməsinə nail olmaq. Lakin belə məqsədlər (adətən, ilin məqsədi), yəni yaxın illə bağlı məqsədlər Sərhəd dəstəsi üçün ali məqsəd rolunu da oynaya bilər. Eyni şeyi vəzifələr haqqında da demək olar. Sərhəd dəstəsi ali məqsədə tədricən nail olmağa çalışmalıdır. Buna görə, hər bir qarşılıqlı fəaliyyət mərhələsində ali məqsəd konkret şəraiti nəzərə almaqla müəyyən edilməlidir. Dövlət sərhədinin cəzasız pozulmasına yol verməməyə nail olmaq isə bütün qarşılıqlı fəaliyyət subyektləri tərəfindən ali məqsəd kimi qəbul olunmalıdır. Gələcəkdə bu ali məqsədə hər bir konkret dövrün məqsədlərinin həyata keçirilməsi yolu ilə nail olunmalıdır. (Ayrı-ayrı dövri – illik məqsədləri cari məqsədlər sayaq).
Qarşılıqlı fəaliyyətin ən aşağı səviyyəli məqsədi kimi aşağıdakıları göstərək: - sərhəd pozucuları, potensial sərhəd pozucuları və qaçaqmalçılar haqqında məlumatın toplanması; burada, təbii ki, həmin kateqoriyadan olan subyektlərin bütün hüquqi pozuntuları haqqında deyil, məhz sərhəd, sərhəd rejimi ilə bilavasitə və ya dolayısı ilə bağlı olan məlumatların, yəni Sərhəd dəstəsinin səlahiyyətinə daxil olan məsələlərlə bağlı məlumatların toplanmasından getməlidir; - Dövlət sərhədi haqqında Qanunu pozanların və pozmağa cəhd göstərənlərin, onlara kömək göstərənlərin və buna yol verən şəraitin müəyyən edilməsi; - sərhədin, sərhəd rejiminin pozulması ilə əlaqədar tədbirlərin görülməsi və s.; Dövlət sərhədi Qanununun pozulmasının qarşısının alınması. Qarşılıqlı fəaliyyətin həyata keçirilməsi gedişatında Sərhəd dəstəsinin əsas fəaliyyəti cari məqsədlərə nail olmağa yönəldilir.
Qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin digər mühüm bir şərti onun bütün subyektlərinin vaxt üzrə fəaliyyətinin razılaşdırılmasıdır.
Məsələn, əgər hər hansı bir pozuculuq niyyəti haqqında Sərhəd dəstəsi digər mənbələrdən məlumat əldə etdikdən sonra, qarşılıqlı əlaqə saxlanılan orqandan da bu barədə məlumat daxil olursa, onda belə “qarşılıqlı fəaliyyət” sözsüz ki, təsirli və səmərəli olmayacaq. Buna görə, qarşılıqlı fəaliyyət subyektlərinin hər biri ona həvalə edilmiş rolu aydın dərk etməli və digər subyektin fəaliyyətinə vaxtında qoşulmalıdır. Deyilənlərdən aydın olur ki, elə təsəvvür yarana bilər ki, qarşılıqlı fəaliyyət – ancaq müəyyən vaxtlarda həyata keçirilən hallardır və ona zəruriyyət yarandıqda müraciət edilməlidir. Lakin bu belə deyildir. Qarşılıqlı fəaliyyət – bu çox mürəkkəb, dinamik və fasiləsiz prosesdir. Bununla belə, hər hansı bir hadisə və əşyanı daha yaxşı öyrənmək, onun mahiyyətini hərtərəfli dərk etmək üçün onu sabit halda nəzərdən keçirmək daha əlverişlidir. Qarşılıqlı fəaliyyət prosesinin daha yaxşı başa düşülməsi üçün, məncə, onu, hər şeydən əvvəl, bir hadisə kimi nəzərdən keçirmək, əsas müddəalarını açıqlayaraq, bu prosesin mütəhərrikliyini (dinamikasını) nəzərdən keçirmək daha məqsədəuyğundur. Buna görə, bu prosesin vaxt ölçülərinə qayıdaraq, qeyd etmək lazımdır ki, vaxt üzrə hərəkətlərin razılaşdırılması onun təkcə təşkilatçısını deyil, bütün subyektlərinin fəallığını nəzərdə tutur. Hər bir subyekt bu prosesdə öz rolunu dərk edərək və düşünülmüş təşəbbüs göstərərək, zəruri əməlləri vaxtında yerinə yetirir.
Yuxarıda qeyd edildiyi kimi, qarşılıqlı fəaliyyət prosesi mürəkkəb, çoxtərəfli və fasiləsiz prosesdir. O, demək olar ki, Sərhəd dəstəsi fəaliyyətinin bütün sahələrini əhatə edir. Lakin qarşılıqlı fəaliyyət məsələsinə heç də həmişə layiqincə diqqət yetirilmir. Sərhəd dəstəsinin rəisi bu və ya digər hallarda hüquq-mühafizə orqanları və digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərə bilər, lakin o, sərhəd dəstəsinin digər əməkdaşları kimi, göstərilən orqanların nümayəndələri ilə şəxsi münasibətlər, ünsiyyət yarada bilər. Belə qarşılıqlı əlaqə bu mövzumuzun nəzərdən keçirdiyi bir şey deyildir. Lakin, qeyd etmək lazımdır ki, göstərilən subyektlər arasında daha sıx əlaqələrin yaradılması onların qarşılıqlı fəaliyyəti prosesinə əhəmiyyətli dərəcədə yardım edə bilər. Amma bu heç də o demək deyildir ki, qarşılıqlı fəaliyyət həyata keçirilərkən xidməti münasibətlərə sərbəstlik, sırtıqlıq ruhu qatmaq, “sən – mənə, mən də sənə” “prinsipi” yeritmək lazımdır. Lakin yoldaşlıq ruhunun düzgün başa düşülməsi, ümumi işin yerinə yetirilməsinin dərki, sözün düzgün mənasında başa düşülən qarşılıqlı yardım bütün göstərilən orqanların işinin təsirliliyini əhəmiyyətli dərəcədə artıra, qiymətli vaxta qənaət edə bilər ki, bunu qarşılıqlı fəaliyyətin digər istiqamətlərində səmərəli istifadə etmək olar.
Yuxarıda qeyd etdiyimiz şərtlərdən başqa, qarşılıqlı fəaliyyətdən tələb olunan bir sıra mühüm tələbləri və bununla əlaqədar yaranan münasibətlərin mahiyyətini nəzərə almaq lazımdır. Onları sadalayaq: Birincisi, qarşılıqlı fəaliyyət qanunçuluq tələblərinə qəti surətdə riayət edilməsi əsasında aparılmalıdır, yəni, həm müştərək fəaliyyəti, həm də hər bir orqanın ayrılıqda vəzifələrini yerinə yetirmə qaydalarını tənzimləyən qanunların və hüquqi normativ aktların müddəalarına uyğun olaraq həyata keçirilməlidir.
İkincisi, bu fəaliyyət orqanların fəaliyyətinin birləşdirilməsinə gətirib çıxarmamalıdır, yəni, qarşılıqlı fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin həddi şəraitində həyata keçirilməlidir. Belə bir həddin gözlənilməsi zəruriyyəti keçirilən tədbirlərin gerçəkliyi və əsaslandırılması məsələlərinin yerinə yetirilməsi ilə şərtlənmişdir. Təcrübə göstərir ki, nəzərdə tutduğumuz orqanların funksiyalarının qarışdırılması ciddi qanun pozuntularına səbəb olur.
Üçüncüsü, Sərhəd qoşunlarının əməliyyat-xidmət fəaliyyəti gedişində qarşılıqlı fəaliyyətdə aparıcı rol Sərhəd dəstəsinə məxsusdur. Məhz Sərhəd dəstəsi qarşılıqlı əlaqə saxlayan orqanların müştərək fəaliyyətinin bilavasitə təşkilatçısı, əlaqələndiricisi və rəhbəri olur.
Artıq qeyd edildiyi kimi, qarşılıqlı fəaliyyət həm müştərək fəaliyyəti və həm də hər bir orqanın ayrılıqda fəaliyyət qaydasını tənzimləyən qanunların və hüquqi-normativ aktların müddəalarına uyğun olaraq həyata keçirilməlidir. Buna görə, belə bir nəticə çıxarmaq olar ki, qarşılıqlı fəaliyyətin hüquqi əsası aşağıdakılardan ibarətdir: Ölkə Konstitusiyası (və digər qanun və hüquq-normativ aktları sadalamaq) və bu fəaliyyət sahəsini tənzimləyən digər normativ-hüquqi aktlar. Lakin burada məsələnin mürəkkəbliyi ondadır ki, belə bir tənzimlənmə qanunlarda yoxdur və qarşılıqlı fəaliyyət istilahının özü belə istifadə edilmir və qarşılıqlı fəaliyyətdən bəhs edildikdə terminin sinonimi olan – “əlaqələn dirmə” (“koordinasiya”) termini işlədilir.
Qarşılıqlı fəaliyyətin hüquqi tənzimlənməsindən bəhs edərkən onun həyata keçirilməsinin planlaşdırılması rolunu da qeyd etmək lazımdır. Xidmətin iş planında verilmiş müəyyən dövr üçün əsas tapşırıqlar formalaşdırırlır, işin başlıca həlqələri və planlaşdırılmış tədbirlərin təşkilatı təminatının bütün tədbirləri dəqiq müəyyən edilir. Qarşılıqlı fəaliyyətin planlaşdırılması zamanı Sərhəd dəstəsinin qərargahı bir sıra vacib amilləri, o cümlədən, Sərhəd dəstəsi regionunun, ayrı-ayrı vahidlərinin, hüquq-mühafizə orqanlarının (və b.) tapşırıqlarını nəzərdə tutur.
Qarşılıqlı fəaliyyətin cari dövr üçün planlaşdırılması bu fəaliyyətə elmi əsaslarla yanaşmaya, bu prosesi hüquqi baxımdan reqlamentləşdirməyə və onun həyata keçirilməsinin ən əlverişli və təsirli formasını tapmağa imkan verir. Buna görə də, demək olar ki, Sərhəd dəstəsinin hazırkı dövr üçün iş planı da Dəstənin hüquq-mühafizə orqanları və digər hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsasına daxildir.
Beləliklə, aydın olur ki, qarşılıqlı fəaliyyət – bir neçə subyektin sərhəd pozucularına və digər cinayətkarlara qarşı mübarizəsinin ümumi vəzifələrinin yerinə yetirilməsinə yönəldilmiş qarşılıqlı əlaqəli, yerinə və vaxtına görə razılaşdırılmış fəaliyyətidir[1].
Qarşılıqlı fəaliyyət – Sərhəd dəstələrinin və həmçinin digər dövlət və ictimai orqanlarla sərhədin pozulmasına qarşı mübarizə üzrə öz aralarında həyata keçirdikləri razılaşdırılmış fəaliyyətdən ibarətdir.
[1] Qarşılıqlı fəaliyyət – müxtəlif orqanların əməkdaşlarının məqsəd və vəzifələrinə, yerinə və vaxtına görə razılaşdırılmış, bu orqanların onlara təhkim edilmiş bütün vasitələrdən kompleks istifadə etmək imkanlarının bütün qarşılıqlı fəaliyyət iştirakçılarının maraqları naminə yönəldilən müştərək fəaliyyətidir.
Möhtərəm sərhədçi qardaşlar "qarşılıqlı fəaliyyət" haqqında mənim hələ tam sona çatdırılmamış bu nəzəri qeydlərimdən müəyyən mənada öz planlarına və tələblərinə uyğun olaraq istifadə edə bilərlər. Amma, hər sahənin özünə məxsus özəllikləri olduğu üçün onları yerlərdə nəzərə almaq daha məqsədəuyğundur. Daha konkret məsələlərə ehtiyac olarsa, mənim elektron poçtuma - odersalafi@gmail.com müraciət edə bilər və öz konkret istəklərini tezislərində əks etdirdikləri halda, daha konkret münasibət bildirə bilərəm.
ОтветитьУдалитьHəmişə sizə yardım etməyə hazır olan
Ehtiyatda olan sərhədçi p-k-l-t F.S.
Bu bloqdan istifadə etdiyiniz halda, mütləq yuxarıda sağ tərəfdə daimi oxucu kimi qeydiyyatdan keçməyi və yazılara kommentari yazmağı (yəni, rəy) yazmağı unutmayın. Burada istədiyiniz qeydləri də edə bilərsiniz. Ən yaxşısı isə göstərdiyim (odersalafi@gmail.com) e-poçtuma məktubla müraciət etməyiniz olardı. F.S.
ОтветитьУдалитьBloq yaradıldığından bu günə kimi ona 155 sərhədlə bilavasitə və ya dolayısı ilə bağlı materiallar qoysam da, hələlik onun oxucularından heç kim onları oxusalar da, nə bloqa üzv olub, nə də bir kiçik də olsa rəy yazıb? Bu, qəribə də olsa, bir danılmaz faktdır və çox düşündürücüdür! Bloqun sağ tərəfində arxiv materiallarıdır. İstəyənlər onların üstünə tık vurmaqla materialları açıb oxuya bilərlər. Əsas şərt odur ki, bunlar hamısı pulsuzdur. F.S.
ОтветитьУдалить