İntihar saxtakarlığı

Hakimiyyətin intihar saxtakarlığı

Hökumət intihar halları ilə bağlı beynəlxalq təşkilatlara yalan məlumat ötürür
Təkcə 9 ay ərzində intiharların sayı hakimiyyətin il ərzində «ortaya çıxartdığı» siyahıdan 3 dəfə çoxdur
Intihar insanların şüurlu şəkildə özünə qəsd etməsidir. Son dövrlər intihar hallarının sayı müqayisə olunmayacaq dərəcədə artıb. Demək olar ki, hər gün bir və ya bir neçə insan özünə qəsd edir. Insanların artımı və təbii ölüm halları ilə bağlı hesablamalar aparılır. Ancaq təəssüf ki, bu sözləri intihar hallarının statistikası ilə bağlı demək mümkün deyil. Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi, Daxili Işlər Nazirliyi, Respublika Prokurorluğundan statistik məlumatlar əldə etmək mümkün deyil. Bunun bir nədəni var – intihar halları ilə bağlı statistik rəqəmlər gizlədilir. Belə olan halda mətbuat orqanlarının özləri intihar faktlarını toplayaraq müəyyən müddət ərzində neçə intihar halının baş verdiyini aydınlaşdırmağa çalışır. Məlumatları ancaq mediadan toplamaq mümkün olur. O da aydındır ki, hər intihar hadisəsi də mediaya çıxmır. Yəni bizə məlum olmayan, gizlədilən intiharların sayı çoxdur?
Yamayka, Haiti, Hondurasda belə intiharların sayı azdır
Dünya Səhiyyə Təşkilatı (DST) intihar səviyyəsinin yüksək olduğu ölkələrin siyahısını açıqlayıb. Bu ölkələr arasına region qonşumuz Gürcüstan da daxil edilib. DST-nin hesabatına görə, Gürcüstanda intihar hallarının sayı orta hesabla hər 100 min nəfərə 8,8 nəfərdir. Özü də intihara meyllilik gürcü kişilərində qadınlardan qat-qat çoxdur. Hələ reytinqdə baş tutmamış intihar cəhdləri nəzərə alınmayıb.
Təşkilatın qiymətləndirməsinə görə, Gürcüstanla müqayisədə Cənubi Qafqazın digər ölkələrində vəziyyət nisbətən qənaətbəxşdir. Ermənistanda müvafiq göstərici hər 100 min nəfərə 3,9 nəfər, Azərbaycanda isə 1,3 nəfər təşkil edir.ÿ
Ümumilikdə reytinqə gəlincə, ilk pillədə Litva qərarlaşıb – hər 100 min nəfərə 71,7 nəfər. Ikinci yerdə 64,3 nəfərlə Rusiya, üçüncü yerdə isə 57,5 nəfərlə Belarus gəlir.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, ən minimal intihar səviyyəsi CAR, Iran, Yamayka, Haiti və Hondurasda qeydə alınıb. Qərbi Avropa ölkələrindən isə Avstriya, Danimarka, Almaniya və Norveç intihar hallarının ən az baş verdiyi ölkələr siyahısındadır.ÿ
Qeyd edək ki, DST bu hesabatını hökumətin verdiyi siyahı əsasında hazırlayır. Hər işdə olduğu kimi hakimiyyət burada da saxtakarlığa əl atır və intiharların sayını gizlədir. Intahar və intihara cəhdlər edən şəxslər daha çox sosial durumu aşağı olan insanlardır. Azərbaycanda vəziyyət o qədər qəlizləşib ki, ölüm sayına görə, Yamayka, Haiti, Honduras belə bizdən öndədir.
Aydan-aya intiharların sayı artır
Qayıdaq Azərbaycana. DST-nin hesabatında qeyd edilir ki, Azərbaycanda intiharlar 100 minə 1,3 nəfər düşür. Bu bir milyona 13, 9 milyona 117 nəfərin intihar etməsi deməkdir. Bunu 12-yə böləndə hər ay təxminən 10 nəfər intihar edir. Ancaq apardığımız araşdırmalar nəticəsində hesabatın reallıqdan uzaq olduğu meydana çıxdı.
Belə ki, 2011-ci ilin sentyabr ayında Azərbaycanda 27 intihar hadisəsi baş verib. Bu da avqust ayı ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, avqust ayında cəmi 13 nəfər intihar etmişdi. Bu ayda intihar hadisələrinin 33%-i (9) paytaxt Bakıda qeydə alınıb. Xatırladaq ki, keçən ay bu rəqəm 38%, iyul ayında 31%, iyun ayında 25%, may ayında 40%, aprel ayında 33%, mart ayında 50%, fevral ayında təxminən 30% idi.
Şərhsiz…
Sentyabr ayında bizə məlum olan intiharların siyahısını təqdim edirik:
– Sentyabrın 1-də Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbə sakini 25 yaşlı Vüqar Əhmədov özünü yaşadığı evin həyətində asıb.
– Sentyabrın 1-də Bakı şəhəri Nərimanov rayon sakini 18 yaşlı Fəridə Budaqova yaşadığı evdə özünü öldürmək məqsədilə dərman qəbul edib və zəhərlənərək ölüb.
– Sentyabrın 2-də Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan 27 yaşlı Aynurə Abbasova yaşadığı evdə özünü asıb.
– Sentyabrın 6-da Şabran rayonunun Rəhimli kənd sakini, 16 yaşlı Seyran Imran qızı Məmmədova yaşadıqları evin yanındakı ağacdan özünü asıb.
– Sentyabrın 7-də Abşeron rayonu Saray qəsəbəsində yaşayan 21 yaşlı Atabəy Əliyev özünü yaşadığı evdə asıb.
– Sentyabrın 7-də Lənkəran rayon sakini 56 yaşlı Bahadur Quliyev sol bilək nahiyyəsində venaları doğrayaraq ölüb.
– Sentyabrın 9-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Binəqədi rayonunda yerləşən 11 saylı Cəzaçəkmə Müəssisəsində Nurlan Şabanov özünü asaraq intihar edib.
– Sentyabrın 9-da Samux rayonu Ziyadlı kəndində yaşayan 24 yaşlı Tural Hüseynov özünü yaşadığı evin eyvanından asıb.
– Sentyabrın 12-də Ucar rayonun Türkəci kənd sakini, 1967-ci il təvəllüdlü Habil Kərimov yaşadığı evin həyətində özünü ağacdan asıb.
– Sentyabrın 12-də Tovuz rayonun Alakol kəndində 1987-ci il təvəllüdlü Elşad Hüseynov yaşadığı evin həyətində dəmir borudan özünü asıb.
– Sentyabrın 12-də Xaçmaz rayonu Müşkül kəndində 62 yaşlı Şücayət Abbas Oğlu Əliyev özünü kənd ərazisindən keçən Bakı-Rostov dəmir yolu xəttinin yaxınlığındakı tut ağacından asıb.
– Sentyabrın 13-də Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 56 yaşlı Faiq Quliyev özünü zirzəmidə asıb.
– Sentyabrın 14-də Gəncə şəhər A.Əhmədov küçəsi, 1-ci döngə, ev 47-də qeydiyyatda olan, Sevinc qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Sadıq Ramzi oğlu Quliyev yaşadığı evin zirzəmisində mələfə ilə özünü asaraq intihar edib.
– Sentyabrın 14-də Yasamal rayonu Mirzağa Əliyev küçəsində Ucar rayon, Alpout kənd sakini Arzuman Yusifov 212 saylı evdə özünü asıb.
– Sentyabrın 15-də Sabunçu rayonun Balaxanı qəsəbəsində kirayə yaşayan Bakı sakini 65 yaşlı Feliks Fomin özünü evdə asıb.
– Sentyabrın 18-də Ağcabədi rayonunda 1988-ci il təvəllüdlü Əliyeva Nuranə Ismayıl qızı yaşadığı Ağcabədi şəhərində özünü asıb.
– Sentyabrın ən səs-küylü intihar xəbəri Siyəzəndə olub. Belə ki, ayın 18-də rayonun Çandahar kəndində 27 yaşlı Asif Feyzulla oğlu Quliyev və 23 yaşlı Vüsalə Əmirağa qızı Əmirova özlərini yaşadıqları mənzillərində asıblar.
– Sentyabrın 20-də Bakının Nizami rayonu Tibb Universitetinin dosenti 72 yaşlı Rüstəm Fərəcov özünü yaşadığı evin yataq otağının pəncərəsindən aşağı ataraq intihar edib. 
– Sentyabrın 21-də Qəbələ rayonun Kürd kənd sakini, görmə və eşitmə qabiliyyətini itirmiş, 1933-cü il təvəllüdlü Həsənov Həsən Ağamir oğlu özünü yaşadığı evin həyətindəki tualetdə öldürüb.
– Sentyabrın 22-də Şabran rayon sakini 1963-cü il təvəllüdlü Həsənov Mehman Samir oğlu intihar edib. O, özünü yaşadığı evin tavanından asıb.
– Sentyabrın 25-də Şəki rayonun Baş Göynük kəndinin sakini, 32 yaşlı Arzuman Şabanov özünü fındıq ağacından asıb.
– Sentyabrın 27-də Binəqədi rayonu, Binəqədi şossesi, yeni yaşayış sahəsində yaşayan 51 yaşlı Aləmzər Kələşova özünü evinin zirzəmisində asıb.
– Sentyabrın 28-də Suraxanı rayonu Hövsan qəsəbəsində 14 yaşlı Əliyeva Kəsirə özünü yaşadığı doqquz mərtəbəli binanın damından yerə atıb.
– Sentyabrın 29-da Şamaxı rayonunun Məlhəm kənd sakini 1964-cü il təvəllüdlü Hüseynova Iradə Isibala qızı üstünə neft tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Iradə Hüseynova dünyasını dəyişib.
***
2011-ci ilin yanvarından sentyabradək – 9 ayda ölkədə 311 intihar hadisəsi baş verib. Ancaq DST-nin təxmini hesablamasından belə anlaşılır ki, ildə 120 nəfər intihar edir. 9 ayda yalnız bizə məlum olan intiharların sayı hesabatda əks olunan rəqəmdən təxminən 3 dəfə çoxdur. Göründüyü kimi, Azərbaycanda yalan ayaq tutur, həmin yalanı hətta beynəlxalq təşkilatlara yeritdirirlər də…
Ramin DEKO

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами