Diversantlar haqqında

Diversantlar haqqında

Diversantlar haqqında
Bölmə :
Kuryoz
Yayım tarixi :
Bu gün [18:43]
Baxılıb :
738 dəfə
Font ölçüsü :
Diversantlar diversiya törətmək üçün xüsusi təlim keçmiş şəxslərə deyilir. Onlar düşmənin arxasına keçib qarşı tərəfin əsgərlərini öldürmək, hərbi texnikanı sıradan çıxartmaq, hərbi obyektləri dağıtmaq, partlayışlar törətmək məqsədilə hazırlanır. Adətən 2-4, bəzən isə 1 nəfərdən ibarət olan diversiya-kəşfiyyat qruplarından tammiqyaslı hərbi əməliyyatlar aparmaq üçün deyil, düşmənə qısa müddətdə maksimal zərbə vurmaq üçün istifadə olunur. 
Xüsusən düşmən snayperlərinin məhvində diversantlardan geniş istifadə olunur. Onların silah arsenalına gəldikdə isə bura ilk növbədə səsboğucu avtomat, səsboğucu tapança, bıçaq, minaxtaran avadanlıqlar və düşmənin rabitə sistemini sıradan çıxaran generator daxildir. Diversantlar düşdükləri şəraitə tez uyğunlaşırlar və yüksək fiziki sağlamlığı, döyüş qabiliyyətləri ilə seçilirlər.

Diversiyanın tarixinə gəldikdə isə müharibənin bu “kiçik forma”sı partlayıcı qurğuların, xüsusən dinamitin kəşf olunması ilə meydana gəlib. İlk uğurlu diversiya aktları 1870-1871-ci illərdə  Fransa-Prussiya müharibəsinə aiddir. Həmin vaxt fransız diversantları Parisi mühasirədə saxlayan Prussiya ordusunun arxa xətdəki rabitə vasitələrini sıradan çıxara bilmiş, dəmiryollarında partlayışlar törətmişdilər. 

XX əsrdə diversiya tərətmək və diversantlar hazırlamaq baxımından xeyli inkişafa baş verib. 
I və II Dünya müharibələri, dünyanın müxtəlif ölkələrində baş verən lokal konfliktlər bunun üçün əlverişli şərait yaradıb. Hazırda diversiya-kəşfiyyat metodlarından Əfqanıstan və İraqdakı diversiya qrupları aktiv istifadə edir.

Tarixdəki ən məşhur və uğurlu diversantları təqdim edir.
Otto Skortseni bütün hərbi ekspertlər tərəfindən XX əsrin ən məşhur diversantı hesab olunur. II Dünya müharibəsi zamanı III Reyx bütün əsas diversiya aksiyalarını məhz SS zabiti olmuş Otto Skortseniyə həlavə edirdi. O, 1942-ci ilin yayında sovet-alman cəbhəsindən geri çağırıldıqdan sonra müharibənin sonuna qədər müxtəlif ölkələrdə diversiya aksiyaları gerçəkləşdirib. Skortseninin törətdiyi diversiya əməliyyatlarına nəzər salaq.

“Palıd” əməliyyatı…
1943-cü ilin iylulunda İtaliya kralı III Viktor Emmanuel ölkənin de-fakto hakimi, faşist Benito Mussolininin həbs olunması barədə göstəriş verir. Hitler isə öz yaxın müttəfiqinin həbsdən azad olunması üçün alman komandanlığına tapşırıq verir. Alman kəşfiyyatı 2 ay ərzində həbs olunmuş Mussolinin yerini müəyyən edir. Bundan sonra almanlar “Palıd” adlı diversiya əməliyyatına başlayırlar. Otto Skortseni və onun desantçıları dağlıq Qrand Sasso de İtali kəndinə paraşütlə eniş edərək, mehmanxanada saxlanılan Mussolinini azad edirlər. Diktatoru mühafizə edən italyan general Soleti əməliyyatın qəfil olması səbəbindən almanlara mütəşəkkil müqavimət göstərə bilmir. Skortseni şəxsən Mussolini ilə birlikdə 2 yerlik təyyarəyə minərək, onu Roma yaxınlığındakı aerodormlardan birinə çatdırır. Daha sonra isə başqa təyyarə ilə Hitlerin Ratsenburqdakı qərargahına yola salırlar. Tezliklə Hitler Mussolinini şəxsən qəbul edir və Şimali İtaliya ərazilərini əhatə edən “İtaliya Sosial Dövləti”nə prezident təyin edir. Otto Skortseni isə rütbə yüksəlişi və hərbi medallarla təlfif edirlər.

Stalin, Çörçil və Ruzvelti öldürmək planı…
1943-cü ilin oktyarında Skortseni növbəti diversiya əməliyyatı planlaşdırır. Məqsəd həmin ilin 27 noyarbında baş tutacaq Tehran konfransında SSRİ, İngiltərə və Amerika rəhbərlərini öldürmək, yaxud girov götürmək idi. Bunun üçün alman diversiyaçılarının Britaniya səfirliyinə daxil olması planlaşdırılırdı. Lakin İranda fəaliyyət göstərən sovet agenti Nikolay Kuznetsov bu barədə xəbər tutur və Skortseninin Stalini, Çörçili və Ruzvelti eyni vaxtda öldürmək planını boşa çıxarır. Qısa müddətdə İrandakı bütün alman rezidenturası və casusları həbs olunur.

Yuqoslav partizanı məhv edə bilməmək uğursuzluğu…
1944-cü ilin yazında Otto Skortseni “Atla gediş” əməliyyatının icrasına başlayır. Məqsəd  Balkan yarımasında almanlara ciddi problemlər yaradan yuqoslav İosif Tito və onun partizan dəstəsinin məhv edilməsi olur. Lakin Titonun Bosniyadakı Drvar mağarasında yerləşən qərargahına daxil olan zaman almanlar heç kəsi aşkarlamırlar. Tito dağ cığırları ilə ərazini tərk edə bilir və “Atla gediş” əməliyyatı məqsədinə çatmır.

Diktatorun girov oğlu və istefası…
1944-cü ilin payızında Almaniyanın müttəfiqi Macarıstan koalisiyadan çıxmaq barədə qərar verir. Macar diktatoru Mikloş Xorti bununla bağlı SSRİ ilə gizli danışıqlara girir. Lakin Otto Skortseni oktyabrın 15-də başladığı “Faustpatron” əməliyyatı çərçivəsində Xortinin oğlunu girov götürür. Övladının sağ qalması qarşılığında Xorti vəzifəsindən istefa edir və hakimiyyətə almanmeylli Ferents Salaşi gəlir.

“Qrif” əməliyyatı…
1944-cü ilin dekabrında faşist Almaniyasının kansleri Adolf Hitler Otto Skortseniyə şəxsən “Qrif” əməliyyatını keçirmək barədə göstəriş verir. Məqsəd Avropadakı Amerika qoşunlarının komandanı, gələcək ABŞ prezidnti Duayt Eyzenhauerin öldürülməsi idi. İngilis dilini bilən 2 min alman əsgəri amerikan və ingilis formalarında müttəfiqlərin arxa cəbhəsinə daxil olmalı və Eyzenhauerin öldürülməsi də daxil olmaqla, müxtəlif diversiyalar keçirməli idi. Lakin ingilis kəşfiyyatı aksiyadan xəbərdar olur və diversantların əksəriyyəti həbs edilərək, güllələnir.

II Dünya Müharibəsinin rus diversantı
Rus diversantı İlya Starinov da II Dünya Müharibəsinin digər qəhrəmanıdır. Sovet qoşunları tərkibində əsas diversiya əməliyyatlarında iştirak edən Starinov Almaniya komandanlığı tərəfindən “xüsusi təhlükəli diversant” hesab olunurdu.

2 min italyan hərbçinin məhvi…
1936-clı ildə, müharibədən bir neçə il öncə İlya Starinov SSRİ tərəfindən vətəndaş müharibəsinin getdiyi İspaniyaya göndərilir. O, burada öz diversiya qabiliyyətlərini inkişaf etdirir. 1937-ci ilin fevralında Kordova şəhəri yaxınlığında onun həyata keçirdiyi diversiya ispan millətçilərinə yardım edən alman-italyan qüvvələri üçün ağır zərbə olur. Həmin vaxt dəmiryolu xətti ilə Kordovadan Madridə gedən İtaliya aviasiya diviziyasının komandanlığı və şəxsi heyəti yola yerləşdirilən partlayıcı qurğuların qurbanına çevrilir. Aksiya nəticəsində 2 mindən artıq italyan hərbçi həlak olur. Bundan bir neçə ay sonra Starinov təcili SSRİ-yə geri çağırılır. 

“Tələ” əməliyyatı
1941-ci ilin noyabrında Nikita Xruşşovun birbaşa göstərişi ilə İlya Starinov Xarkov şəhərindəki ən dəbdəbəli malikanəni minalayır. Malikanənin bünövrəsinə 350 kilorqam partlayıcı və radioidarəedici detonator yerləşdirilir. Bir neçə gün sonra şəhərə daxil olan alman qoşunlarının rəhbərlərindən biri, 68-ci piyada diviziyasının komandiri, general-mayor fon Braun malikanəni özünə iqamətdah seçir. Starinov bir neçə gün gözlədikdən sonra yerləşdirdiyi partlayıcı minaya siqnal göndərir və malikanə yerlə-yeksan olur. Fon Braun və daha bir neçə yüksək rütbəli alman zabiti həlak olurlar. (modern.az)

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами