Kəşfiyyatçılarımız erməni kəşfiyyatının rəisini ifşa etdi

  Kəşfiyyatçılarımız erməni kəşfiyyatının rəisini ifşa etdi – EKSLÜZİV – FOTO
Kəşfiyyatçılarımız erməni kəşfiyyatının rəisini ifşa etdi – EKSLÜZİV – FOTO
27 Oktyabr 2013 / 1:11 / Baxış sayı: 162
Font1 Font2 Font3 Font4
Yerevandakı hərbi kəşfiyyatçılarımız Ermənistanın Hərbi Kəşfiyyat rəisi general Arşak Karapetyanı nə vaxt, harada, kiminlə yaxaladı…
Mütəmadi olaraq erməni mətbuatında Azərbaycan ordusunun Ermənistan ordusu ilə münasibətdə zəif olması ilə bağlı cəfəng bəyanatlar səsləndirən Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini, kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan bir neçə gün öncə avtomobil qəzası törədib.
Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, öz yaxınlarının içki məclislərində “hərbi kəşfiyyatın dahisi” adlandırılan və bununla lovğalanan Karapetyan, baş vermiş yol nəqliyyat hadisəsi barədə xəbəri Ermənistan hökumətindən, Müdafiə Nazirliyindən, eləcə də, bütün ölkə mediasından gizlətməyə çalışsa da, məlumatı Azərbaycandan izolyasiya etməyə müvəffəq ola bilməyib.
Məlumata görə, 21 oktyabr 2013-cü il tarixdə “İnfiniti” markalı (qızılı rəngli), 78 SQ 888 dövlət nömrə nişanlı şəxsi avtomobilində sərxoş vəziyyətdə sükan arxasına oturan general, işıqforun qırmızı işığına məhəl qoymayaraq qarşı tərəfdən gələn “Nissan Patfinder” markalı avtomobillə toqquşub.
Məlumata əsasən Karapetyan hadisəni, Elina Sarkisyan adlı məşuqəsi ilə birgə yeyib-içdikdən sonra avtomobili sərxoş vəziyyətdə idarə etdiyi zaman törədib.
Qeyd edək ki, o, mütəmadi olaraq  xidmətdən yayınaraq Yerevan şəhəri Adonts küçəsi, ev 15, mənzil 9 ünvanında yaşayan Elina Sarkisyanla eyş-işrət həyatı yaşayır (Elina Sakisyanın ev telefonu 23-03-60) və bu barədə hətta onların birgə video görüntüləri də mövcuddur. Lakin, həmin video görüntülər ermənilərdən fərqli olaraq etik norma və milli dəyərlərimizə zidd olduğu üçün portalda yerləşdirmirik.
Buna baxmayaraq, əgər Ermənistan Respublikasından rəsmi müraciət daxil olarsa, Karapetyanın Elina Sarkisyanla birgə intim videoları onlara təqdim oluna bilər.
Hazırda, Karapetyan qəza törətdiyi avtomobili gözdənuzaq avtotəmir mərkəzində gizlədir. Xidmət yerinə, MN-nə məxsus “Kia” markalı qara rəngli, 00-26 xüsusi nömrə nişanlı xidməti, Elina Sarkisyanın yanına isə 06 VP 885 və 05-658 dövlət nömrə nişanlı şəxsi avtomobilindən istifadə etməklə guya öz aləmində gizlin olaraq gedir. Lakin, loğva və özündənrazı general Karapetyan, Ermənistan MN-nin rəhbərliyini iş vaxtı aldatmağa nail olsa da, Azərbaycan tərəfinin Ermənistandakı hərbi kəşfiyyatının müşahidə obyektivindən yayına bilməyib.
Bundan başqa, Karapetyan çirkli pullarla əldə etdiyi Abovyan rayonu kənarında yerləşən bağ evində də eyş-işrət həyatı yaşamağı xoşlayır. Yerevan şəhəri Djrveş bağları adlanan ünvanda yerləşən bağ evi, qeydiyyata başqasının adına rəsmiləşdirilsə də, faktiki olaraq Karapetyana məxsusdur. Görünür Arşak, nə vaxtsa erməni xalqının qəzəbinə tuş gəlib həbs ediləcəyindən və əmlakının müsadirə olunacağından ehtiyyatlandığı üçün şəxsi əmlaklarını tanışlarının adına rəsmiləşdirib.
A.Karapetyanın nəzərinə çatdırmaq istəyirik ki, Ermənistandan fərqli olaraq Azərbaycan mətbuatında söz azadlığı mövcuddur. Karapetyan, əslində Ermənistan kəşfiyyatının nəyə qadir olduğunu, yəni, peşəkarlıqdan çox-çox uzaq olduğunu sübuta yetirir. Karapetyan, yalnız, Ermənistan kimi anarxiyanın tüğyan etdiyi bir ölkədə və peşəkarlıqdan uzaq olan, körpə, qadın və qocaların qanına susayaraq vəhşicəsinə qətlə yetirən özü kimi erməni generallarının yanında lovğalana bilər. Amma, Azərbaycanın peşəkar hərbi kəşfiyyatçıları isə, bu kimi hoqqabazlığı istehza ilə qəbul edib sözdə deyil əməldə özlərini göstərirlər.
O ki, qaldı peşəkarlığa, “kəşfiyyat dahisi”-Karapetyan bilməlidir ki, Azərbaycan nəinki işğal olunmuş Qarabağ ərazilərində, hətta Ermənistan Respublikasında xidmət aparan bütün generalitet və digər komandanlıqlar barədə anbaan məlumatlara malikdir. Bilavasitə Karapetyana gəldikdə isə, onun nəinki Ermənistan MN-dəki gündəlik fəaliyyəti, bağda, evdə, yataq otağında sevişməsi, hətta soyuducusunda olan ərzaqlar belə Azərbaycan hərbi kəşfiyyatının nəzarəti altında saxlanılır. “Yeri gəlmişkən soyuducudakı kolbasadan bir qədər dadıb dequstasiya da edilib. Ağzınızın dadını bilirsiz, cənab Arşak Henzrikoviç”.
Bizimxeber.az
İlkin Hüseynli


Şərh əlavə edin 

Комментарии

  1. Qardaş Azərbaycan hərbçiləri!
    Bu, nə yazıdır belə?
    Bu nə axmaqlıqdır belə? Kimlərsə öz "qahramanlığını" göstərmək xatirinə bu "ifşaedici" materialı qəhrəmanlıq sayaraq vacib dövlət mənafeyi haqqında düşünmürsə, bunu bunu qəhrəmanlıq yox, maymaqlıq və cinayətkarlıq saymaq lazımdır!
    Bu materialı öz saytında yerləşdirən əllamə belə bir materialın nəşri üçün kimdən razılıq alıb görəsən? Dəhşət özbaşınalıqdır. Bunlar elə bilirlər ki hərbi kəşfiyyatın fəaliyyətini belə bir tərzdə "işıqlandırmaq" guya azad yazışmaçılığa aid bir işdir? Ya ki, bu nə oyundur? İndi görün bu "BİZİM XƏBƏ informasiya portalının" bu yazısı neçə faciəyə səbəb olacaq!!! Yəni, bu məsələlərə belə soyuqqanlı yanaşılır?

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами