Putinin Bakıya səfəri Ermənistanı sarsıtdı

Putinin Bakıya səfəri Ermənistanı sarsıtdı

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Ermənistan siyasi dairələrində çox böyük narazılığa səbəb olub.
Hakimiyyət və müxalifət partiyaları Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı yekdil mövqedə dururlar. Ermənistanın strateji partnyoru olan Rusiya prezidentinin erməni qəzetlərinin yazdığı kimi “düşmən ölkə” olan Azərbaycana səfərini Ermənistanın təhlükəsizliyinə ciddi təhlükə kimi qəbul edirlər.
Bundan əlavə bu Zaqafqaziya ölkəsinin politoloqları Vladimir Putinin Bakıya səfərini meydan oxumaq kimi qiymətləndirilər. Onlar hesab edirlər ki, hazırki mərhələdə Serj Sarkisyanın Vladimir Putini dəfələrlə Ermənistana dəvət etməsinə baxmayaraq, o, Bakıya gəldi. Bu ənənənin gələcəkdə də təkrarlana biləcəyi ilə bağlı Ermənistana aydın siqnaldır.
Rusiya-Azərbaycan əlaqələrinin yaxşılaşmasını ekspertlər Ermənistan diplomatiyasının tamamilə iflası kimi qiymətləndirilər.(Anspress)
Elitar.Az

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами