İpoteka: şərtlər oxunduğu an arzu kül olur

AAA
İpoteka: şərtlər oxunduğu an arzu kül olub göyə sovrulur -ARAŞDIRMA
 18.04.2013, 15:47
Hər hansı rəsmi statistika olmadan da sadə müşahidə əsasında müəyyənləşdirmək mümkündür ki, ölkədə çoxlu sayda mənzilsiz gənc ailə var. Eyni zamanda xeyli sayda gənc də müxtəlif sosial problemlər üzündən, ən başlıcası, mənzillə təmin olunmaq çətinliyindən ailə həyatı qura bilmir. Hazırda Azərbaycanda dövlət vəsaiti hesabına ipoteka kreditləri verilir. Adi ipoteka illik 8 faiz, sosial ipoteka kreditləri isə 4 faizlə verilir. Azərbaycan MDB-də ən yüksək ipoteka faizi təklif edən 3 ölkədən biridir. Hər il orta hesabla ipoteka kreditindən faydalananların sayı 700-750 nəfər arasında dəyişir. 


Ölkədə bu qədər mənzilsiz gənc ailələrin sayının artdığı bir zamanda hazırkı ipoteka şərtləri gənc ailələrin əlverişli şərtlərlə evlə təmin olunmasına imkan verirmi? Əlbəttə, yox. Adi və sosial ipoteka krediti üçün tələb edilən əməkhaqqı məbləği kifayət qədər yüksək olduğu halda 50 min manatlıq adi ipoteka krediti üçün ölkə üzrə orta aylıq əməkhaqqıdan 2 dəfə çox (700 manat və bundan daha artıq) əməkhaqqı tələb edilir. Bunu sosial baxımdan izah etmək çətindir. Çünki əməkhaqqı üçün tələb edilən minimumlar orta aylıq əməkhaqqı məbləğindən yüksək olmamalıdır. Hazırda dövlət qulluğunda çalışan və özəl şirkətlərdə ilkin fəaliyyətə başlayan şəxslərin orta aylıq əmək haqları 391 manatdır. 391 manatla da ipotekanın ödənilməsi o qədər asan deyil. Bu cür şərtlərlə ipoteka kreditinin alınması mümkünsüz görünür. Bütün şərtləri gözdən keçirəndən sonra anlayırsan ki, bu şərtlər də müəyyən təbəqə üçün düşünülüb. Son nəticədə isə imkansız, kasıb təbəqənin ev almaq arzusu elə bu şərtləri oxuduğu andaca kül olub göyə sovrulur. Yəni hazırkı ipoteka elitar təbəqə üçün nəzərdə tutulub. 


Modern.az ipoteka kreditləri ilə maraqlanıb.  


Problemin həlli naminə sosial ipotekanın şərtlərini yüngülləşdirməklə bağlı uzun illərdir təkliflər irəli sürülür, dövlət qurumlarında müəyyən təkliflər paketi hazırlansa da yenə də bəzi məsələlər öz həllini tapmamış qalır. Çünki həmin təkliflərdə ipotekaya ayrılan vəsaitin artırılması, kreditin maksimum məbləğinin çoxaldılması, mövcud faizlərin (4 faiz) 2 faizə endirilməsi, əhatə etdiyi kateqoriyaların artırılması, tələb olunan sənədlərin (18 sənəd) azaldılması kimi məsələlər yer alsa da amma bu kimi şərtlər elə təklif kimi qalır. Bu səbəbdən də ötən il təxminən 1940 ailə ipoteka krediti ala bilib. 2012-ci ildə banklar ehtiyacı olanlara cəmi 75,2 milyon manat həcmində ipoteka krediti verə biliblər. Verilən kreditin orta məbləği isə 38 min 715 manat təşkil edib. İldən-ilə bu məbləğ artırılaraq 40 milyon manata çatdırılıb. Amma hər il ipoteka kreditinə ayrılan vəsaitin artmasına baxmayaraq, çox az sayda insan bu kreditdən yararlana bilir.
Bu il də büdcədən ayrılan məbləğ ən azı 1000 nəfərin mənzil problemini həll etməyə imkan verəcək. Son nəticədə isə bu, təkcə bu il qurulacaq ailələrin (80 minə yaxın) heç 2 faizinin də mənzil almasına imkan vermir. Hər il ipoteka kreditləri üçün büdcədən ayrılan vəsaitin artırılmasına baxmayaraq, kredit şərtlərinin ağırlığı bu yolla ev almaq istəyənləri çəkindirir.
Bu arada xatırladaq ki, Azərbaycanda dövlət tərəfindən sosial və adi ipoteka kreditləri verilir. İpoteka Fondu tərəfindən gənc ailələr, müharibə əlilləri, hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial, başqa sözlə, güzəştli ipoteka maksimum 30 min manat olmaqla, 4%-lə 30 illiyə verilir. Adi ipotekanın maksimum məbləği 50 min manatdır və 8%-lə 25 illiyə verilir. Amma mənzil bazarındakı mövcud qiymətlər, həmçinin əhalinin gəlirlərini nəzərə alaraq, ekspertlər bu şərtləri ağır sayırlar. Elə fevralın 4-də prezidentin sərəncamı ilə ipoteka məbləğinin yuxarı həddi 50 min manata qaldırıldı, kateqoriyalardan birinin (hərbçilər) əhatə dairəsi genişləndirilsə də, ipoteka şərtlərindəki dəyişikliklər bununla məhdudlaşdı. Faizlərin endirilməsi, sənədlərin azaldılması, yeni kateqoriyaların əlavə olunması kimi məsələlər çözülməmiş qaldı. 

Hazırda , банк ipoteka krediti verir. AİF-ə müvəkkil olan bankların siyahısından isə “Bank Standard”, “Bank Respublika”, “Bank Technique”, “Народный банк”, “Dəmirbank”, “Azəriqazbank”, “Gəncəbank”, “AtaBank”, “PASHA Bank”, “ Bank Avrasiya”, “Kapital Bank”, “Bank of Azerbaijan“, “Zaminbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Muğanbank”, “Unibank”, “Turanbank”, “Kredo Bank”, “Bank of Baku”, “Банк Silk Vay”, “Bank BTB”, “Nikoyl” İnvestisiya Kommersiya Bankı, “Qafqaz İnkişaf Bankı”, “NBC Bank”, “Amrahbank”, “Expressbank” ASC müvəkkil banklar siyahısına daxil edilib. 

Millət vəkili Vahid Əhmədov isə deyir ki, ötən ildən qalma məbləğ və bu il büdcədən ayrılan məbləğlə birlikdə təxminən 150 milyon manata yaxın ipoteka krediti verilməlidir: “İpoteka kreditlərinin verilməsinə başlanılıb. Sosial ipoteka 4 faizlə verilir. Ola bilər ki, sosial ipotekanın verilmə şərtlərində dəyişikliklər olsun. Amma hələ ki, belə bir şey yoxdur”.
Gültəkin Ələsgər

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами