Azərbaycan istehsal etdiyi pilotsuz uçuş aparatları

Azərbaycan istehsal etdiyi pilotsuz uçuş aparatlarını ilk dəfə beynəlxalq sərgidə nümayiş etdirib - FOTO
Font ölçüsü : a | A


FOTOSESSİYA




[ 09 Noyabr 2012 14:05 ]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) İndoneziyada keçirilən «İndoDefence-2012» beynəlxalq müdafiə sərgisində ilk dəfə olaraq ölkədə istehsal edilmiş pilotsuz uçuş aparatlarının real ölçüdəki nümunələrini nümayiş etdirir.

APA-nın məlumatına görə, Rusiyanın Dünya Silah Ticarətinin Analizi Mərkəzinin direktoru İqor Korotçenko öz internet-bloqunda Azərbaycan MSN-in stendindən bəhs edib.

«Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəyə hazırlaşır. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin ekspozisiyası ilə tanışlıqdan sonra məndə belə təəssüratlar yarandı», - deyə İ. Korotçenko qeyd edib.

O, Azərbaycan stendində 14,5 mm-lik snayper tüfənginin, minaatanların, həmçinin Azərbaycan istehsalı olan RPQ-7 əl qumbaraatanın, İsrail lisenziyası ilə istehsal edilən pilotsuz uçuş aparatlarının, döyüş sursatları və minaların, həmçinin zirehli avtomobillərin nümayiş olunduğunu bildirib.

Комментарии

Популярные сообщения из этого блога

На грани войны: кибернетическое противостояние США и КНР

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)