XOCALI SOYQIRIMI (AVROPA ÖLKƏLƏRİNDƏ)


Almaniyada Xocalı soyqırımı ilə bağlı avtomobil yürüşü keçirilib

Aksiyada soydaşlarımızla yanaşı rus, yəhudi diasporlarının, yerli ictimaiyyət nümayəndələri qatılıblar

Bölmə: SİYASƏT
20 Fevral 2012 15:35
 

Fevralın 18-də Almaniyanın Maqdeburq şəhərində Zaxhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə insanlığa qarşı bu ağır cinayətə etiraz əlaməti olaraq avtomobil yürüşü keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aksiyada soydaşlarımızla yanaşı rus, yəhudi diasporlarının, o cümlədən yerli ictimaiyyət nümayəndələri qatılıblar. 

Üzərində Azərbaycan bayrağı, Xocalı soyqırımını pisləyən şüarlar yazılmış avtomobillər Maqdeburq şəhərinin mərkəzi küçələrində 1 saat 30 dəqiqə müxtəlif şüarlar altında hərəkət ediblər. Aksiyadan sonra Zaxhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev iştirakçılara Qarabağ və Xocalı dəhşətləri haqqında daha ətraflı məlumat verib, bu qətliamın insanlıq əleyhinə ağır cinayət olduğunu bildirib.

  • Oxunub: 184 dəfə
  •  
  • Bookmarka əlavə edin


Şərh əlavə olunmayıb
Bu bölməyə aid digər xəbərlər.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

На грани войны: кибернетическое противостояние США и КНР

Наставление по охране государственной границы (пограничный наряд)