MOSSAD "-ın YENİ RƏHBƏRİ TƏYİN OLUNDU

"MOSSAD"-ın YENİ RƏHBƏRİ TƏYİN OLUNDU


Ehud Barak öz növbəsində Pardonu "Vəzifəsinə yaxşı yarıyan yüksək ixtisaslı professional" adlandırıb

30-11-2010




İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi "Mossad" kəşfiyyat təşkilatının yeni rəhbərini təqdim edib. Bu səlahiyyətləri Tamir Pardo icra edəcək.

Faktxeber.com "islamnews"-a istinadən məlumat verir ki o, səkkiz il bu təşkilata rəhbərlik etmiş Meir Daqanı əvəz edəcək. Pardo yüksək dövlət əməliyyatlarında uzun müddət çalışıb. O, 2009-cu ilə qədər "Mossad"-ın rəis müavini işləyib. Lakin sonra xüsusi dəstədən ayrılıb. Netanyahu yeni rəhbərin namizədliyini təqdim edərkən onu çox tərifləyib. Lakin keçmiş rəhbər Daqana da "fövqəladə nailiyyətləri"-nə görə də minnətdarlığını bildirib. İsrailin Müdafiə Naziri Ehud Barak öz növbəsində Pardonu "vəzifəsinə yaxşı yarıyan yüksək ixtisaslı professional" adlandırıb.

Cavad Turan

Комментарии

Популярные сообщения из этого блога

На грани войны: кибернетическое противостояние США и КНР

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)